Yuxarı

ABŞ-ın Bakıya bu münasibəti qəbuledilməzdir - Vitse-spiker

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi, özünü dünyada sülh və demokratiya carçısı adlandıran Amerika Birləşmiş Ştatlarının Azərbaycanın ərazi bütövlüyünə qarşı münasibəti qəbuledilməzdir.

Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfərinə münasibət bildirərkən deyib.

B.Muradova bildirib ki, bu hadisə həm təəccüblüdür, həm də narahatlıq doğurur:

"Birləşmiş Ştatların oxşar məsələlərdə başqa ölkələrə də münasibətini görürük. Amma Azərbaycana qarşı bunun tam əksini görürük. Artıq dünyada beynəlxalq hüququn prinsiplərinə söykənən, bu standartlara uyğun siyasət demək olar ki yoxdur. Ona görə də bu məsələdə birmənalı fikir söyləmək çətindir. Çünki ən böyük dövlətlərin xarici siyasətindəki ziddiyyətlər imkan vermir ki, konkret fikir söyləyək. Yəni indi biz qətiyyətlə bilmirik ki, ATƏT-in Minsk qrupunun həmsədri olan böyük dövlətin separatçılığa, bölücülüyə, ölkələrin ərazi bütövlüyünə münasibəti birmənalıdır".

Milli Məclisin sədr müavini qeyd edib ki, B.Saakyanın ABŞ-a səfəri və Konqresdə görüşlər keçirməsi rəsmi Vaşinqtonun həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü mandata uyğun deyil:

"Düşünmürəm ki, orada kimsə qondarma rejimin tanınmadığını, Azərbaycanın işğal olunmuş ərazisində separatçı rejimin fəaliyyət göstərdiyini bilməsin. Belə bir qanunsuz rejimin "rəhbəri"nin ABŞ-a dəvət olunmasının, müxtəlif tədbirlərdə, qəbullarda iştirakının, açıqlamalar verməsinin ATƏT-in Minsk qrupunun mandatına uyğun olmadığını, beynəlxalq hüquq normalarına zidd olduğunu ABŞ anlamamış deyil. Bununla da onlar ən azından öz mövqelərini Azərbaycanda şübhə altına atır, problemin həlli üçün səy göstərdiklərinə inamı azaldır".

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi

ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası təqdim edilib.

Tarix
2018.03.17 / 01:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla