Yuxarı

Bu, Azərbaycan üçün çox mühüm hadisədir - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda beynəlxalq forumların keçirilməsi çox mühüm hadisədir. Bu gün Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi təhlükəsizlik məsələsinin yüksək səviyyədə olması, təşkilatçılığın dünya standartlarına uyğunluğu deməkdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev VI Qlobal Bakı Forumu haqqında danışarkən söyləyib. O, forumun gündəliyinə çox mühüm məsələlərin daxil edildiyini deyib:

“Bu, birinci növbədə dünyada və Yaxın Şərqdə təhlükəsizliklə, gənclərin problemlərinin həlli yolları, ümumiyyətlə, regionunda mövcud geosiyasi vəziyyətlə bağlıdır. İştirakçılar arasında bir sıra dünya liderlərinin, hazırkı və sabiq prezident və baş nazirlərin, nazirlərin, siyasətçilərin və ictimai xadimlərin olması təqdirəlayiqdir. Bakıda baş tutan qlobal forum Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, prosesləri şəxsən görmək və izləmək imkanı yaradır”.

A.Nağıyev 50 ölkədən 500 nümayəndənin iştirak etdiyi forumun qlobal aləmdə də mühüm əhəmiyyətə malik olduğunu deyib. Politoloq nüfuzlu şəxslərin qatıldığı forumda qlobal problemlərlə yanaşı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasının müzakirəyə çıxarılmasının vacibliyinə də toxunub:

“Təbii ki, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı siyasəti ilə bağlı panellərdə də müzakirələr aparılacaq və bu, Azərbaycanın haqq səsini dünyaya yaymaq üçün bir fürsətdir. Münaqişənin həlli yolları, BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində ikitərəfli yanaşmaların qarşısının alınması mexanizmi forumda aktuallıq təşkil edəcək. Şübhəsiz ki, beynəlxalq təhlükəsizliyə təhdidlərin mövcudluğu şəraitində Azərbaycanın enerji təhlükəsizliyində iştirakı və bunun daha da genişlənməsi üçün regionda erməni terroruna son qoyulmasının vacibliyi də vurğulanacaq ki, bu da mühüm məsələdir”.

Qeyd edək ki, martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Tarix
2018.03.17 / 09:16
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla