Yuxarı

İcra başçısı rinqə çıxdı - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 19 mart 2018-ci il tarixdə Novruz bayramı ilə bağlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev simvolik Bahar qızı və Dədə Qorqudun müşayiəti ilə əvvəlcə bayram tonqalını yandırıb. Daha sonra o, təbrik nitqi söyləyib. O, çıxışında daşkəsənliləri bayramı münasibətilə ürəkdən təbrik etdiyini deyib.

“Qoy bu xoş müjdəli Bahar bayramı doğma Azərbaycanımıza sülh, əmin-amanlıq, süfrələrimizə ruzi-bərəkət, sevincli günlər gətirsin, bayramınız mübarək olsun.

Gündən-günə qüdrətlənən və müasirləşən Azərbaycan Dövləti daha bir Novruz bayramını əmin-amanlıq, sabitlik, təhlükəsizlik və yüksək sosial rifah şəraitində qarşılayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin nəticəsində dövlətimizin gücünün artmasından qürur və iftixar hissi duyan hər bir Azərbaycan vətəndaşı Novruz bayramını böyük sevinc hissi ilə qeyd edir” - Ə.Abıyev çıxışında bildirib.

İH başçısı deyib ki, 2009-cu ildə Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb, BMT-nin Baş Məclisi tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilib.

Əhəd Abıyev bayram münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Daşkəsən ictimaiyyəti və şəxsən öz adından təbrik etdiyi bildirib.

Təbrik nitqindən sonra ümumrayon tədbirində nümayiş etdirilən el sənəti və milli mətbəxin nümunələrinə baxış keçirib.

Bayram şənliyi rayon ərazisində yerləşən yeni tikilmiş ən müasir tipli “N” saylı hərbi hissədə əsgər və zabitlərlə birgə davam etdirilib.

Tarix
2018.03.19 / 20:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla