Yuxarı

Ermənistan ordusu rüşvət qalmaqalı ilə çalxalanır – Həbs

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyinin idarə rəisinin müavini 29 milyon dram rüşvət alması ittihamı ilə həbs edilib.

Axar.az xəbər verir ki, Ermənistan Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, İrəvan şəhər sakini, “A.A” QSC şirkətinin qurucusu və direktoru baş prokurora müraciət edərək, şirkəti tərəfindən təmin edilən malların qəbul edilməsi müqabilində Ermənistan Müdafiə Nazirliyinin idarə rəisinin müavini və qəbul komissiyasının sədrinin ondan ümumilikdə 29 milyon dram pul aldığını bildirib.

İlkin istintaq zamanı müəyyən edilib ki, idarə rəisinin müavini 2008-ci ildən 2013-cü ilə qədər Müdafiə Nazirliyini mebel ilə təchiz edən “A.A” şirkətindən müqavilənin ümumi dəyərinin 7%-ni, yəni 29.202.000 dram məbləğində pul vəsaitini rüşvət şəklində alaraq mənimsəyib.

Bundan başqa, Ermənistanın İstintaq komitəsinin məlumatında bildirilir ki, İrəvanda Müdafiə Nazirliyinin nümayəndəsinə böyük miqdarda rüşvət alması səbəbindən cinayət işi qaldırılıb.

İstintaq materiallarında bildirilir ki, Nor Nork rayonunun hərbi komissarının müavini polkovnik-leytenant Mədətyan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin baş leytenant rütbəli hərbi qulluqçusundan 3000 dollar rüşvət alaraq onu evlərinə yaxın hərbi hissələrin birinə təyinatını verdirəcəyini vəd edib.

İstintaq zamanı hərbi komissarın müavini Mədətyan aldığı pulu Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsinə verdiyini etiraf edib.

Qeyd edək ki, Ermənistan KİV-də orduda rüşvət hallarının artığı və bu işə Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçularının rəhbərlik etdikləri barədə mütəmadi olaraq məlumatlar yayılır.

Tarix
2018.03.23 / 16:31
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla