Yuxarı

Yezidlərə Azərbaycan adından yardımın fəsadları…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Fazil Mustafa son günlər "Azərsun" Holdinqin prezidenti Abdulbari Gözəlin İraqda yaşayan kürdlərə yardım etməsi mövzusunda mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Axar.az xəbər verir ki, millət vəkili iş adamını müdafiə edərək bunu öz millətinə simpatiyası kimi qiymətləndirib:

"Sosial şəbəkələrdə "Azərsun" Holdinqin rəhbəri Abdulbarı Gözəlin İraqda acınacaqlı vəziyyətdə olan yezidilərə göstərdiyi böyük dəstəyi müzakirə edirlər. Əlbəttə, dar ayaqda olan insanlara yardım etmək bir insanlıq borcudur və burada ilk baxışda qəbahət görünmür. Ancaq cənab Gözəl bütün kataloqlarda Azərbaycanda fəaliyyət göstərən, büdcəmizə vergi ödəyən iş adamı kimi tanınır. İqtisadi sferada xüsusi imtiyaza sahib kürd əsilli leqal iş adamlarından bəlkə də birinci mövqedə olanıdır. Mən niyə türkmənlərə dəstək vermədiyini də müzakirə etmək istəmirəm. Adam milli simpatiyasına görə öz millətinə dəstək verirsə, buna görə qınanması doğru deyil. Buyurub eyni işi türk iş adamları görərək fədakarlıq göstərsinlər, onlar da öz milli simpatiyalarına görə davranıb türkmənləri sıxıntıdan qurtarmağa çalışsınlar. Məsələnin mahiyyətini başqa nöqtədə axtarmalıyıq".

Millət vəkili hadisə ilə bağlı fikrini maraqlı müqayisə ilə davam etdirib. Onun sözlərinə görə, hazırda Ermənistanda yaşayan kürdlərin Azərbaycanda yaşayan kürdlərə münasibəti fərqlidir:

"Azərbaycanda müsəlman kürdlər var ki, bunların böyük əksəriyyəti Ermənistandan zaman-zaman deportasiya olunublar və onlar bizim vətəndaşlarımız, qardaş-bacılarımızdır. Eyni zamanda, deportasiya sürəcində Ermənistanda qalan və orada yaşayan yezidi kürdləri də var ki, onlar da bizə düşmən olan dövlətin maraqlarını təmsil edirlər. Bu kürdlərin müsəlman kürdlərə münasibəti də mənfidir və biz türklərə də ümumiyyətlə düşmən kimi baxırlar. Belə bir vəziyyətdə Azərbaycan adı ilə özünü tanıdan bir iş adamının gələcəkdə Livan və ya Suriya ermənilərinə dəstək verməsinə dövlət məqamlarımız tərəfindən eyni anlayış və xoşgörü ilə yanaşılacaqmı?"

Millət vəkili bu hadisədə dövlət qurumlarını da günahlandırıb:

"Yenə söyləyirəm, söhbət humanizmdən getmir, bizimlə düşmən olan, ərazimizi işğal edən bir ölkənin cinahında yer alan bir topluluğa simpatiyadan və yardımdan gedir. Sabah bu presedent yarada bilər ki, eyni düşüncədə olan iş adamları Suriyadan qaçqın düşən ermənilərə yardım etsin. Belə bir durumu necə qiymətləndirəcəyik? Hər halda, müvafiq dövlət qurumları yezidilərə Azərbaycan adından verilən dəstəyin siyasi fəsadları barədə düşünsələr, pis olmazdı..."

Tarix
2014.08.16 / 01:48
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla