Yuxarı

Teleqraf Media Qrupu Prezidentə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf Media Qrupu adından qurumun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az təbrikin mətnini təqdim edir:

“Мöhtərəm cənab Prezident!

Sizi və xalqımızı aprelin 11-də Аzərbaycanda keçirilən prezident seçkilərində qəti qələbə qazanmağınız münasibətilə təbrik edirəm. Azərbaycan xalqı bir daha Heydər Əliyev siyasi kursunun layiqli davamçısına – Sizə səs verərək, həm də öz parlaq gələcəyinə, firavan həyata səs vermiş oldu. Xalqın Sizə olan bu etimadı ötən illər ərzində ölkəmizin iqtisadi, siyasi və hərbi inkişafı üçün gördüyünüz işlərə verilən dəyərin, Sizə inamın bariz nümunəsidir.

Cənab Prezident!

Həyata keçirdiyiniz iqtisadi islahatların nəticəsidir ki, bu gün region ölkələrinin iqtisadiyyatı dərin böhran içində olsa da, Azərbaycan sağlam dayaq üzərində dayanıb və yeni layihələrlə daha da güclənir.

Sizin illərdə Dağlıq Qarabağ probleminin həlli üçün atdığınız addımlar, yürütdüyünüz siyasət artıq bəhrəsini verməkdədir. Bu, təkcə siyasi arenada deyil, eyni zamanda, cəbhədə də müşahidə edilir. Ordumuz 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirərək, bir sıra əraziləri işğaldan azad etdi. Bu şanlı qələbəmiz erməni siyasi dairlərinin uydurduğu “güclü ordu” mifini 20 ildən sonra darmadağın etdi.

Cənab Prezident!

Аzərbaycanа rəhbərlik еtdiyiniz 15 il ərzində gördüyünüz işlərin nəticəsi kimi, budəfəki seçkidə də yüksək səs faizi ilə yenidən ölkə başçısı seçildiniz. İnanırıq ki, növbəti 7 il ərzində keçirəcəyiniz islahatlar Azərbaycanımızın beynəlxalq arenada daha da qüdrətlənməsinə zəmin yaradacaq.

Sizə cansağlığı, uzun ömür, Azərbaycanımız üçün gördüyünüz işlərdə uğurlar arzulayırıq".

Tarix
2018.04.20 / 09:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla