Yuxarı

ABŞ-dakı səfirimiz “Vaşinqton Post”a Yunusların həbsindən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "Vaşinqton Post" ("The Washington Post") qəzetinə məktub göndərərək, qəzetin ötən həftə dərc etdiyi, Leyla və Arif Yunuslara görə hakimiyyətin tənqid olunduğu redaksiya məqaləsinə münasibət bildirib.

Virtualaz.org saytı xəbər verir ki, "Vaşinqton Post" səfirin məktubunu olduğu kimi dərc edib.

Orada deyilir: "Leyla və Arif Yunuslara görə ittihamların nə dərəcədə əsaslı olduğunu Azərbaycanın hüquq sistemi müəyyən etməlidir. Əgər aparılan istintaqla bağlı ifadə vermək üçün dəfələrlə göndərilən çağırışlara cavab versəydilər, onların həbsindən qaçmaq mümkün olardı. Bunun əvəzində redaksiyanın qeyd etdiyi kimi, onlar hüquq-mühafizə orqanları ilə istənilən əməkdaşlıqdan qaçdılar.

Hüquqi sistemlərin əksəriyyətində, o cümlədən Birləşmiş Ştatlarda bu qayda prokurorluq fəaliyyəti baxımından normal deyilmi?

Yunusların Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsində maraqlarlına gəldikdə isə biz bu məqsədə çatmaq üçün Minsk Qrupu çərçivəsində işləyirik. Və hələlik Ermənistanın Dağlıq Qarabağı işğalı ətrafında münaqişənin davam etdiyi bir vaxtda heç bir şübhə yoxdur ki, bu ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış tərkib hissəsidir".

Tarix
2014.08.18 / 15:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla