Yuxarı

Paşinyanın Qarabağ mövqeyi nə vəd edir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan indiki şəraitdə siyasi, iqtisadi və hərbi baxımdan Ermənistandan daha güclüdür. Bu da gələcək məsələlər üçün Bakıya çox böyük və vacib zəmin yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Politoloq tezliklə Ermənistanın strateji xəttində bölünmənin gedəcəyini və bununla da İrəvanın siyasətinin dəqiqləşəcəyini açıqlayıb:

“Ermənistan iqtisadi baxımdan Qərbə bağlı olmaq istəyir. Bununla yanaşı, ermənilər təhlükəsizlik məsələlərində rusların alternativinin olmadığını da yaxşı bilirlər. Bu sxemin nə şəkildə formalaşacağını gələcək göstərəcək. İndiki mərhələdə böhran davam edir və təkcə Sərkisyan deyil, onun başçılıq etdiyi və parlamentdə çoxluq təşkil edən Respublika Partiyası da camaatın tələbi ilə siyasi səhnədən uzaqlaşdırılmaqdadır. Bu prosesin sonunun nə olacağını zaman göstərəcək. Ancaq hakimiyyətə gələn Paşinyanın həm daşnaklarla yaxınlığı var, həm də Levon Ter-Petrosyanla fikirləri üst-üstə düşür. Azərbaycanın mövqeyinə gəlincə, biz bilirik ki, Ermənistanda hakimiyyəti kim ələ alsa, dərhal populist şüarlarla çıxış edəcək. Bu populist şüarlar isə ilk növbədə Dağlıq Qarabağa aid olacaq və Paşinyan artıq Qarabağ məsələsinə sərt mövqelər tələb edib. Bu da onu göstərir ki, geosiyasi baxımdan Ermənistanın vəziyyəti dəyişməyəcək. İrəvan Moskva ilə indiyə qədər necə bağlı olubsa, bu bağlılıq ən azı təhlükəsizlik məsələlərində bundan sonra da davam edəcək”.

T.Zülfüqarov Moskvanın Ermənistanın Rusiyaya olan bağlılığını artırmaq üçün müəyyən addımlar ata biləcəyini istisna etməyib:

“Əslində, bu bağlılıq Dağlıq Qarabağ məsələsində - işğal olunmuş Azərbaycan torpaqları Ermənistanın nəzarəti altında olanda da qala bilər, olmayanda da. Əgər Azərbaycan Rusiyanın Ermənistana təzyiqi ilə işğal olunmuş torpaqlarını bu və ya digər şəkildə azad etsə, İrəvanın Moskvaya bağlılığı bununla azalmayacaq. Bu tezislər bu və ya digər şəkildə yaxın gələcəkdə siyasətdə özünü doğruldacaq”.

Politoloq Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyanın Moskvaya, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin isə gözlənilmədən, məxfi şəkildə İrəvana səfərinə də münasibət bildirib:

“Bu gediş-gəlişlər təbii ki, texniki məsələlərdir, görünür, hansısa mövqelər dəqiqləşdirilir. Hər halda, Azərbaycan indiki şəraitdə siyasi, iqtisadi və hərbi baxımdan Ermənistandan daha güclüdür. Bu da gələcək məsələlər üçün Bakıya çox böyük və vacib zəmin yaradır”.

Qeyd edək ki, İrəvanda müxalif lider Nikol Paşinyanın rəhbərliyi etirazlar davam edir.

Tarix
2018.04.26 / 12:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla