Yuxarı

Bakı və Ankara dollardan imtina edir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycan arasında ticari əlaqələrin hamısının birdən-birə milli valyuta ilə həyata keçiriləcəyi hələlik real deyil.

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla iqtisadi sahədə yerli və milli valyutaya keçidin olacağı barədə açıqlamasını şərh edərkən deyib . O bildirib ki, əgər iki ölkə arasında belə bir razılaşma imzalanarsa, bundan sonra hökumətlər arasında bir anlaşma memorandumu qəbul edilməlidir:

“Azərbaycan və Türkiyə arasında hökumətlərarası komissiya var. Onun müvafiq qərarından sonra iki ölkə arasında milli və yerli valyutanın tətbiqi həyata keçirilə bilər. Ancaq bu razılaşmanın iqtisadiyyatın bütün sahələrində olması mümkün deyil. Məsələn, Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından təbii qaz satır. Bu təbii qazın həcmi ötən il 6.5 milyard kub metr olub. 2 ildən sonra isə onun həcmi 12.5 milyard kub metrə qədər artacaq. Bu konsensus təkcə Azərbaycanın deyil, xarici şirkətlərdən də təşkil olunub və bütün sövdələşmələr dollarla həyata keçirilir. Ona görə də hətta hökumətlərarası razılaşma olsa belə, bu, ancaq iqtisadiyyatın müəyyən sahələrini əhatə edəcək. Nəzərdə tutulan sahələrdə milli valyutalarla qarşılıqlı ödəmələr əlbəttə ki, mümkündür”.

İ.Şaban bunun ticari əlaqələrin daha çox olduğu sahələrdə olacağını düşünür:

“İlkin variant kimi kiçik ticari əməliyyatlarda bunun aparılacağını deyə bilərik”.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında çıxışı zamanı Azərbaycanla iqtisadi sahədə yerli və milli valyutaya keçidin olacağını deyib. Bu qərar xüsusilə Türkiyə ilə əlaqəli işləyən Azərbaycan sahibkarlarının böyük marağına səbəb olub.

Tarix
2018.04.27 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla