Yuxarı

ABŞ İrana birbaşa zərbə endirə bilərmi? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionda təhlükənin, gərginliyin artması Azərbaycanın maraqlarına ziddir.

Bu sözləri Axar.az-aaçıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy İran-ABŞ gərginliyinin gözlənilən fəsadlarını şərh edərkən deyib. O bildirib ki, hazırda ABŞ və İran qarşıdurması yeni bir mərhələyə qədəm qoyub:

“Bu gərginlik mərhələsinin riskləri böyükdür. Bu mərhələnin ABŞ tərəfindən yeni embarqolarla müşahidə olunacağı gözlənilir. Hazırda bu gərginlik ABŞ-İsrail və Avropa xəttinin yaranmasına gətirib çıxarıb. İran məsələsində bu iki tərəf arasında iki fərqli yanaşma var. ABŞ Adminstrasiyasının əsas məqsədi İran məsələsini daha sərt metodlardan istifadə edərək həll etməkdir. Bu sərt metodların birinci mərhələsinin artıq anonsu verilib. İrana qarşı köhnə sanksiyaların yenidən bərpa ediləcəyi və yeni sanksiyaların olacağı bildirilib. İkinci mərhələdə isə iqtisadi-hərbi məsələlər yenidən gündəmə gələ bilər. Amma bunun hansı formada olacağını demək çətindir. Yəni ABŞ-ın sadəcə İranın Suriyadakı mövqelərinə yönəlik əməliyyatlar həyata keçirəcəyi, yoxsa İrana yönəlik yeni hərbi manevrlər edəcəyi məlum deyil. Bundan başqa, İranın regionda Suriya xaricində Livanda, Yəməndə və başqa yerlərdəki fəaliyyətlərinə qarşı da sərt addımların atılması gözlənilir”.

N.Cəfərsoy vurğulayıb ki, ABŞ-ın birbaşa İranın özünə qarşı hərbi tədbirlər görməsi də mümkündür:

“Düşünürəm ki, bu daha az ehtimaldır. Bunların hər biri regionda mövcud vəziyyəti daha da gərginləşdirəcək. Hazırda Yaxın Şərq barıt çəlləyini xatırladır. Baş verənlər bu bölgədə gərginliyi daha da artıracaq. Digər tərəfdən, iqtisadi baxımdan enerji qiymətlərinin artdığını müşahidə edəcəyik. Bütün bunlar İrana qonşu olan bir dövlət kimi bizə yönəlik təhlükəsizliklə bağlı riskləri artırır”.

Tarix
2018.05.26 / 07:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla