Yuxarı

Gəncə ssenarisi əvvəlcədən hazırlanıb - Mübariz Qurbanlı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə baş verən hadisələr terror aktıdır. Bu hadisələri törədənlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. İstintaq gedir və bu şəxslərin arxasında duranların kimlər olduğu araşdırlır. İlkin məlumatlara görə, bunlar din pərdəsi altında öz çirkin niyyətlərini həyata keçirən cinayətkarlardır.

Axar.az Real TV-yə istinadən xəbər verir ki, bunu Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən müşavirədən sonra jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

"Bu hadisələrin ssenarasi əvvəlcədən hazırlanıb. Onların məqsədləri Azərbaycanda siyasi, ictimai sabitliyi pozmaq və Azərbaycan xalqının sosial rifah halını aşağı salmaq və müstəqilliyinə xələl gətirməkdir. Lakin bu ssenarini həyata keçirmək istəyənlərin niyyəti baş tutmadı. Onlar tam iflasa uğradılar. Prezident İlham Əliyev artıq hadisələrə hüquqi, siyasi qiyməti verib. Bu cinayəti törədənlərin İslam dininə və müsəlmanlara heç bir aidiyyəti yoxdur. Bu cinayətkarlar Azərbaycana qarşı olan dairələrin nümayəndələridir. Bunların əməlləri cəzasız qalmayacaq və onlar ədalət məhkəməsi qarşısında mütləq cavab verəcəklər", - deyə M.Qurbanlı əlavə edib.

Tarix
2018.07.17 / 18:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla