Yuxarı

Qaşıqçının ölümü kimin maraqlarına uyğundur? – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaşıqçının öldürülməsi ilə ən böyük zərbə Səudiyyə Ərəbistan timsalında vəliəhd Məhəmməd bin Salmana vuruldu.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, mərhum Camal Qaşıqçı müsəlman-qardaşlar cərəyanının nümayəndəsi, Suriya inqilabının tərəfdarı, Türkiyənin dostu, Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərinin yenidən yaxşılaşmasını istəyən şəxs idi:

“Qaşıqçının öldürülməsi regionda Türkiyə və Səudiyyə Ərəbistanından başqa hər kəsin - ABŞ, İsrail, İran, Əsəd Suriyası, Rusiyanın əlinə oynadı. Qaşıqçı Məhəmməd bin Salmanın ABŞ-a xərac ödəməyəcəkləri ilə bağlı açıqlamasından sonra öldürüldü. Qaşıqçının öldürüldüyü yer də bu cəhətdən xüsusi əhəmiyyətlidir. Onun Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda öldürülməsi təsadüfi deyil. Bu, Salmana incə bir mesaj idi”.

Politoloq vurğulayıb ki, bütün hadisələrə rəğmən hər şərdə bir xeyir də var:

“Bu qətl türk dünyasının açar ölkəsi Türkiyə ilə ərəb dünyasının açar ölkəsi Səudiyyə Ərəbistanının yenidən yaxınlaşmasına səbəb ola bilər. Bu yaxınlarda Ərdoğan və vəliəhdin görüşəcəyinə inanıram”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Baş prokuroru şeyx Səud əl-Muacib oktyabrın 2-dən yoxa çıxmış səudiyyəli jurnalist Camal Qaşıqçının ölkənin İstanbuldakı Baş Konsulluğunda yaranmış münaqişə zəminində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, jurnalistin yoxa çıxması faktı ilə əlaqədar aparılan cinayət işinin ilkin nəticələrinə görə, Camal Qaşıqçı konsulluqda olarkən, orada bir neçə nəfər arasında yaranmış münaqişə və dava onun ölümünə səbəb olub.

Tarix
2018.10.21 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla