Yuxarı

Qarabağ klanı meydan savaşına çıxır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Rusiya və Qərb arasında mübahisəli bir zonaya çevriləcək.

Bu sözləri Axar.az-a “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq Ermənistanda hakimiyyətə gələn qərbyönümlü iqtidarın hazırda iki seçiminin olduğunu bildirib:

“Paşinyan bir tərəfdən Rusiya ilə hərbi münasibətləri davam etdirmək məcburiyyətindədir. Bu ona əsasən silah bazası və Rusiyadan təhlükəsizlik zəmanətinə görə lazımdır. Digər tərəfdən o, Qarabağla bağlı yardım üçün Qərblə də əlaqələri kəsməyəcək”.

Ekspert bildirib ki, Paşinyanın hökuməti formalaşdırması uzun zaman alacaq və bu prosesdə böyük ziddiyyətlər əmələ gələcək:

“Bu hökumətə gənc, mitinqlərdə iştirak edən və təcrübəsi olmayan komanda gələcək. Bu komanda əlbəttə ki, Ermənistanı mövcud iqtisadi böhrandan çıxara bilməyəcək. Belə ki, Köçəryan-Sərkisyan komandası yeni iqtidara qarşı müqavimət göstərəcək. 11 dekabrda Köçəryanın tərəfdarlarının Paşinyana qarşı mitinq planlaşdırması onu göstərir ki, Ermənistan hakimiyyəti üzünü tam olaraq nə Rusiyaya, nə də Qərbə tərəf döndərə biləcək. Beləliklə, müstəqil Ermənistanın gələcəyi sual altında qalacaq. Bu isə o deməkdir ki, İrəvan Rusiya və Qərb arasında mübahisəli bir zonaya çevriləcək”.

Tarix
2018.12.11 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla