Yuxarı

Direktorun Elina ilə bağlı rüsvayçı səs yazısı yayıldı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şagirdi faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz fikirlər səsləndirib.

Direktorun səs yazısını “Mövqe.az” yayıb. Direktor baş vermiş hadisənin məsuliyyətini üzərindən atmaq və bu hadisədə uşağın ailəsini günahlandırmaq üçün jurnalistə bilərəkdən yanlış məlumat verib. Direktor səs yazısında Elinanın uğursuz ailənin uşağı olduğunu əsas gətirərək, bir növ intiharına haqq qazandırır.

Direktorun səs yazısı ilə bağlı Elinanın atası Ədalət Hacıyev Axar.az-a verdiyi açıqlamada bildirib ki, məktəb direktoru baş vermiş hadisədə məsuliyyətdən yayınmaq üçün onun ailəsinə ləkə atır.

Ata bildirib ki, övladının yas mərasimində belə məktəb rəhbərliyi və ya müəllimlərdən heç kəs iştirak etməyib:

“Mənin qızım dünyasını dəyişib, bir yeniyetmə ölüb, ancaq məktəb direktorunun dediyi sözlərə baxın. Mən burada ölürəm acıdan. Mənim uşağıma, ailəmə bu nə ləkədir atırlar? Harada görüblər ailəmin, övladımın tərbiyəsizliyini? Belə idisə, niyə o direktor mənim qızımı uzaqlaşdırmırdı məktəbdən? Dünyasını dəyişən bir qız uşağı haqda belə sözləri demək nə qədər insanlığa sığar?

Bir şagird məktəbdə intihar edib, ancaq məktəbin rəhbərliyi, müəllimlər - heç kəs uşağımın yasına gəlməyib. Çünki onların məsuliyyətsizliyi, yarıtmazlığı ucbatından bu hadisənin baş verdiyini yaxşı bilirlər. Mənim qızım məktəbdə son günlər təzyiqlərə, təhqirlərə məruz qalırmış. Məktəb rəhbərliyi bunu bildiyi halda niyə qarşısını almayıb? Ancaq indi bir körpəni ləkələməyə utanmır”.

Məktəbli özünü 3-cü mərtəbədən atdığı və xəstəxanaya yerləşdirildiyi gündən məsələni diqqətdə saxlayan və mütəmadi olaraq Elinanın səhhəti ilə bağlı məlumat verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Axar.az-a açıqlamasında bildirib ki, direktorun ailəni ləkələyən səs yazısından sonra ata özünü öldürmə həddinə çatıb:

“Biz Elinanın yas mərasimindəyik. Ailənin vəziyyətindən danışılası deyil. Atanı güclə saxlayıblar. İnanın, özünü öldürür”.

Qeyd edək ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib.

Tarix
2019.04.08 / 13:34
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İranda yeni səfirlik binası və Bakıya qarşı yeni təhdidlər...

Bakı və İrəvan arasında razılaşmanı alqışlayırıq - AB

Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal

Bu, Bakı və İrəvan üçün tarixi fürsətdir - Almaniya

Lukaşenkonun Azərbaycana səfəri başa çatdı - Foto

Lukaşenko Füzuliyə getdi, Əliyev şəxsən qarşıladı - Video

Parisin Bakı açıqlamasından heyrətə gəldim - Klaçkov

Lukaşenkonun Bakıya görə Nikola bu sözləri... – Ekspert

Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsi...

İrəvan 100 milyonluq stansiyanı Bakıya verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla