Yuxarı

“Rusiyanın bu hərəkəti dünya savaşına səbəb ola bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya bu tempdə davam etsə, Amerika-Rusiya arasında münasibətlər daha da gərginləşə bilər ki, bu da dünya müharibəsinə gətirib çıxara bilər".

Bunu Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya ordusunun Ukraynaya hücum edə biləcəyi ilə bağlı mövzudan danışarkən bildirib.

"Bunu nəinki Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov, hətta ölkə Prezidenti Pyotr Poroşenko da qeyd edib. Rusiyanın Ukraynanın şərqinə hücum planı barədə mətbuatda da geniş məlumat yayılıb. Paralel olaraq Ukraynanın şərqində atəşkəs rejiminə riayət edilməsi üçün səylər göstərilir. Atəşkəs haqqında Minskdə bir neçə ay bundan öncə saziş imzalandı. Təəssüflər olsun ki, həmin qanuna əməl olunmadı".

Politoloqun sözlərinə görə, bu məsələyə dair Qazaxıstanın ölkə başçısı Nursultan Nazarbayevin təşəbbüsü ilə Fransa, Almaniya, Rusiya və Ukrayna prezidentlərinin Astanada görüşü gözlənilir:

"Görüş ərəfəsində vəziyyət sakitləşmək əvəzinə daha da gərginləşib. Aeroportda güclü döyüşlər nəticəsində xeyli itkilər oldu. Avtobusda gedən mülki əhaliyə artilleriya mərmisi ilə atəş açıldı. Bu isə iki ölkə arasında vəziyyətin gərginləşməsindən xəbər verir".

Müsahibimizin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin sanki bu fikirdə deyil, məsələni nizama salmaq istəyir:

"Amma bu, belə deyil. Əslində, o bir tərəfdən Ukrayna separatçılarına müasir silahlar göndərir, digər tərəfdən isə rus qoşunlarını dəstə-dəstə oraya yerləşdirir. Ukrayna tərəfi iddia edir ki, artıq 1800 nəfərlik rus qoşunu, xüsusi təyinatlı qoşunların böyük bir hissəsi Şərqi Ukrayna ərazisində yerləşdirilib".

Q.Hüseynli bir tərəfdən Qərbin hər iki ölkə arasında sülh yaratmaq istədiyini, digər tərəfdən Rusiyanın hücum cəhdini vurğuladı:

"Qorxuram ki, Rusiyanın Şərqi Ukraynaya hücumu nəticəsində Qərb dövlətləri Amerikadan Ukraynaya müasir silahlarla yardım etsin. Rusiya bu tempdə davam etsə, Amerika-Rusiya arasında münasibətlər daha da gərginləşə bilər ki, bu da dünya müharibəsinə gətirib çıxara bilər. Buna görə də bütün dövlətlər, beynəlxalq təşkilatlar bu məsələnin dinc yolla həll olunmasına dair öz səylərini əsirgəməməlidir".

Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib ki, yaxın vaxtlarda Rusiya ordusu Ukraynaya hücuma keçə bilər.

Tarix
2015.01.24 / 10:26
Müəllif
Səbuhi Vaqifoğlu
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla