Yuxarı

Cəbhədən xəbər: 18 erməni öldü, 20-si yaralandı – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə cəbhə xəttində Ermənistan ordusunun aktivliyi müşahidə olunur. Ermənistan hakimiyyəti adətən ölkədaxili siyasi çaxnaşmalardan ictimaiyyətin diqqətini yayındırmaq üçün Dağlıq Qarabağ faktorundan istifadə edir və cəbhədə fəallığı artırır.

Ötən gün Ermənistana məxsus pilotsuz təyyarənin təmas xəttini keçməsi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilməsi ermənilərin cəbhədə fəallaşma istəklərinin daha bir nümunəsidir.

Ancaq bu fəallıq Ermənistanın daha çox itki verməsinə səbəb olur. Ordudakı başıpozuqluq, "dedovşina", fərariliklə parallel, Ermənistanda iqtisadi çətinlikdən doğan ruh düşkünlüyü ermənilərin "əzəli düşmənə qarşı birləşək" ideologiyası ilə körüklənən müharibə ab-havasını onların öz əleyhinə çevirməkdədir.

Axar.az təkcə 2015-ci ilin yanvar ayı ərzində (yanvarın 30-na qədər) Ermənistan Müdafiə Nazirliyinin rəsmən etiraf etdiyi itkilərini təqdim edir:

3 yanvar 2015

Sıravi Vardan Mkrtçyan və zabit Karen Qriqoryan ölüb, Volodya Arutyunyan yaralanıb.

12 yanvar

1992-ci il təvəllüdlü Misak Armenoviç Akopyan yaralanıb.

17 yanvar

Ermənistan ordusunun muzdlu hərbçisi, 21 yaşlı Arman Alikoviç ölüb.

Eyni gündə daha bir ölüm isə minanın işə düşməsi nəticəsində baş verib. Artur Vardevaryan Kəlbəcərdə mina partlaması nəticəsində ölüb, mayor Karen Simonyan və baş leytenant Lavrent Akopyan isə yaralanıb.

19 yanvar

Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin 1995-ci il təvəllüdlü hərbi qulluqçusu Suren Pilosyan ölüb.

20 yanvar

1982-ci il təvəllüdlü Napet Artakoviç Asatryan ölüb, 1973-cü il təvəllüdlü Ovannes Qasparyan isə yaralanıb.

21 yanvar

1980-ci il təvəllüdlü Arman Rəşidoviç Udumyan ölüb.

23 yanvar

Ermənistan ordusunun leytenantı Karen Araratoviç Qalstyan və sıravi əsgər Artak Vaqarşakoviç Sərkisyan öldürülüb.

Sıravi əsgər Avanesyan Ovannes Varujanoviç isə ağır yaralanıb.

24 yanvar

Ermənistan ordusunun əsgəri Nikolay Martirosyan digər hərbi qulluqçular tərəfindən məruz qaldığı təhqirlərə və zorakılığa dözməyərək qol damarlarını kəsərək həyatına qəsd edib.

Eyni gündə xidmətin çətinliyinə dözməyən əsgər Vahan Şahanyan özünü qayadan atıb və ağır yaralanıb.

Həmçinin hərbi hissədəki acınacaqlı vəziyyətə dözməyərək, qoşunların təmas xəttini keçməyə cəhd göstərən 2014-cü ilin birinci çağırışında hərbi xidmətə gəlmiş adı açıqlanmayan erməni əsgəri öz xidmət yoldaşları tərəfindən arxadan atəş açılaraq öldürülüb və dayaq məntəqəsində onun meyiti tələm-tələsik basdırılıb.

26 yanvar

Ermənistan ordusunun hərbi qulluqçu Ovannes Avanesyan ağır yaralanıb.

29 yanvar

Sıravi əsgər Aykaz Barseqyan İrəvandakı hərbi hissələrdən birinin idman zalında özünü asıb. 30 yanvar tarixində yayılan rəsmi açıqlamada onun öz əsgər yoldaşları tərəfindən fiziki təzyiqə məruz qaldığı, daha sonra isə asıldığı bəyan edilib.

Eyni gündə Ermənistan ordusunun hərbçiləri 1987-ci il təvəllüdlü Qrişa Otaryan və 1967-ci il təvəllüdlü Surik Movsisyan yaralanıb.

Yanvarın 9-12-si arasında, o cümlədən 13-26 yanvar tarixlərində ölən və yaralanan erməni əsgərləri barədə məlumatda adlar açıqlanmayıb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun itkilərinin rəsmən açıqlanan bu rəqəmdən qat-qat çox olduğunu bəyan edib.

Tarix
2015.01.30 / 14:45
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla