Yuxarı

İki partiya seçkiyə namizədlərini təsdiqlədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki partiya seçkiyə namizədlərini təsdiqlədi

Dekabrın 7-də Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib.

Axar.az xəbər verir ki, toplantıda parlamentə seçkilər müzakirə olunub.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ölkədə gedən islahatların geniş təhlilini verib. O, növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər üzərində dayanıb və qarşıdakı parlament seçkilərində aktiv iştirak etməyin vacibliyini vurğulayıb.

AVP sədrinin müşaviri Jalə Mütəllimova Ali Məclisinin bəyanatını məclis üzvlərinə təqdim edib.

Bəyanatda ölkədə həyata keçirilən kadr və struktur islahatları dəstəklənib. Həmçinin növbədənkənar seçkilərdə partiyanın fəal iştirakı zəruri hesab edilib.

Bu gün Ümid Partiyası da Ali Məclisinin toplantısını keçirib. Toplantıda növbədənkənar seçkilərdə iştirakla bağlı qərar verilib.

Üçid Partiyası seçkidə iştirak edəcək namizədlərinin siyahısını da təsdiqləyib. Bəlli olub ki, partiya 72 dairədən öz namizədini irəli sürəcək.

Həmçinin 13 nəfərin namizədliyi məsələsinin təsdiqi üçün səlahiyyət partiyanın Rəyasət Heyətinə verilib.

Qeyd edək ki, ölkənin əksər müxalif partiyaları seçkidə iştirak qərarı verib.

Tarix
2019.12.07 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla