Yuxarı

Türkiyəyə qarşı Süleymaninin müavini vuruşur - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəyə qarşı Süleymaninin müavini vuruşur - Şok

Türkiyə Suriyada keçirilmiş “Sülh çeşməsi” antiterror əməliyyatı zamanı həm Rusiya, həm də ABŞ-la əməkdaşlıq edib. Türkiyə NATO-nun üzvüdür. Eyni zamanda Rusiya ilə yüksək səviyyəli strateji əlaqələri də inkişaf etdirməkdədir.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli ekspert Həsən Oqtay son zamanlar Türkiyə ilə Rusiya münasibətlərinin Suriya fonunda gərginləşməsini şərh edərkən deyib.

“İdlib mövzusunda Türkiyə ilə Rusiya ciddi mənada fikir ayrılığı yaşadı. Lakin bu fikir ayrılığı daha ciddi hal ala və tərəfləri real qarşıdurmaya gətirib çıxara bilməz. Çünki tərəflər arasında “Türk axını” və “Akkuyu” kimi böyük layihələrdə əməkdaşlıq ən yüksək səviyyədə davam edir”, - Həsən Oqtay qeyd edib.

Ekspertin sözlərinə görə, iranlı general Qasım Süleymaninin qətlindən sonra Suriyada Türkiyəyə qarşı bir canlanma müşahidə olunur:

“Bəşər Əsəd qüvvələri olaraq qələmə verilən və İdlibə qarşı hərəkətə keçən ordu Qasım Süleymaninin müavini Mahir Əsədin komandanlığı altında hərəkət edir. Başqa sözlə desək, bölgədə güclərini itirmədiklərini göstərməyə çalışan İran qüvvələri var. Lakin bütün bunlar Türkiyə ilə Rusiya əlaqələrinə yaxın gələcəkdə zərbə vura bilməz. Hətta Türkiyənin balanslı siyasəti ilə həm Rusiya, həm də ABŞ-la yaxşı münasibətlər qurması gözləniləndir. İdlib problem yaxın gələcəkdə həll olunacaq və ərazi əvvəlki vəziyyətinə qayıdacaq”.

Tarix
2020.02.21 / 08:45
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla