Yuxarı

Bu adamlara iş təklif etdik, imtina etdilər, çünki... - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ödənişi ilk ayda alan, ancaq sonradan işə düzələn və ya sahibkarlıq fəaliyyətinə başlayan olarsa, onlar bu ödənişlərdən kənarlaşdırılacaq.

Axar.az xəbər verir ki, bunu Real TV-yə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, bu mexanizm davamlı olaraq icra edilir və may ayının sonunadək 2 aylıq ödəniş tam şəkildə yekunlaşdırılacaq:

“Artıq 6 mayda 600 mininci insana 190 manatlıq ödəniş edildi. Paralel olaraq bu insanların hər birinə bank kartlarının açılmasına dair tapşırıqlar verildi və bank kartları onlara təqdim olunmağa başlayıb. İkinci ay ödənişləri artıq bank kartları üzərindən alınacaq. Bu proses mayda da davam etdirələcək”.

Sahil Babayev bildirib ki, 250 manatlıq ictimai iş təklifinə cəmi 21 nəfər müsbət cavab verib:

“Haqqı ödənilən ictimai iş qat-qat üstündür. Burada əmək müqaviləsi var, vətəndaşın sosial sığortası, işsizlikdən sığortası ödənilir, onun gələcək pensiya təminatı yaranır və bu insan işləməyə başlayır. Digər tərəfdən, bu, aktiv məşğulluq tədbiridir, 190 manat isə passiv məşğulluq tədbiridir. Passiv məşğulluq tədbiri getdikcə portfel olaraq azalmalıdır və biz bu trendi koronavirus pandemiyası başlayana qədər tutmuşduq. Əksər insanları işsizlik müavinəti və sığortasından, ünvanlı sosial yardımdan özünüməşğulluğa, haqqı ödənilən ictimai işlərə və digər proqramlara cəlb edirdik. Burada da məqsəd insanların əmək bazarına qazandırılmasıdır.

İmtina alan 4500 vətəndaşdan cəmi 21 nəfər ictimai işə razılaşdı. Bu onun göstəricisidir ki, həqiqətən, insanın o məbləğə ehtiyacı yoxdur. Ehtiyacı olan insan əmək haqqı ilə işləməyə razı olardı.

İkincisi isə onun göstəricisidir ki, vətəndaş işləmək istəmir. Onun qeyri-formal işi, gəlir mənbəyi var, ona görə işləmək istəmir”.

Qeyd edək ki, ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev də mediaya açıqlamasında sözügedən şəxslərə ikinci ay üçün 190 manat ödəniş edilməyəcəyini bildirmişdi.

Tarix
2020.05.09 / 22:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla