Yuxarı

İran körükləyir: Türkiyə təşəbbüsü ələ ala bilər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran körükləyir: Türkiyə təşəbbüsü ələ ala bilər...

İsrail Qərbi Şəriyədəki yaşayış məskənləri və İordan vadisini ilhaq edəcəyi ilə bağlı açıqlamasından imtina etməlidir. Əks təqdirdə Yaxın Şərqdə yeni qarşıdurma yaşana bilər.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi-ekspert Vüqar Zifəroğlu İsrailin Qərbi Şəriyədəki yaşayış məskənləri və İordan vadisini ilhaq edəcəyi ilə bağlı açıqlamasından sonra Fələstinin ABŞ və İsrail ilə əldə edilən bütün razılaşmalardan geri çəkilməsini şərh edərkən deyib. O bildirib ki, Fələstin tərəfinin bu formada bir bəyanat verməsi təbiidir:

“Çünki İsrailin Qüdsü paytaxtı elan etməsi və ABŞ-ın bunu tanıması Fələstinin bu iki dövlətlə münasibətlərini kəskinləşdirdi. Mövcud vəziyyət problemin daha təhlükəli məcraya sürükləndiyini göstərir. Xüsusilə, İsrailin Qərbi Şəriyədəki yaşayış məskənləri və İordan vadisini ilhaq edəcəyi ilə bağlı açıqlaması İsrail-Fələstin münasibətlərinə ciddi təsir göstərəcək. Hətta onu da deyim ki, 50 ildən artıqdır davam edən İsrail-Fələstin münaqişəsinin daha kəskin formada ortaya çıxmasının şahidi ola bilərik”.

Ekspert bildirib ki, İsrail-Fələstin münaqişəsinin kəskinləşməsində kifayət qədər maraqlı olan qüvvələr var:

“İsrailin Qərbi Şəriyədəki yaşayış məskənləri və İordan vadisini ilhaq edəcəyi ilə bağlı açıqlamasından sonra Fələstin də özünəməxsus tərzdə cavab verdi. Fələstin ABŞ və İsrail ilə əldə edilən bütün razılaşmalardan geri çəkildiyi bildirdi. Digər bir maraqlı məsələ isə İranın son iki gün ərzində verdiyi bəyanatlardır. Aydın məsələdir ki, İran başda olmaqla, münaqişənin yenidən alovlanmasında kifayət qədər maraqlı tərəflər var”.

Ekspert Fələstinin lazım gələrsə, 3-cü bir ölkənin vasitəçiliyi ilə yenidən danışıqlar masasına otura biləcəyi açıqlamasına aydınlıq gətirib:

“Burada maraqlı məqam Fələstinin yenidən danışıqlar masasına qayıtması üçün vasitəçi ola biləcək ölkənin kim olacağıdır. Düşünürəm, bu məsələdə vasitəçi ola biləcək iki ölkə var – Rusiya və Türkiyə. Çünki istər Türkiyə, istərsə də Rusiyanın İsraillə əlaqələri var. Xüsusilə Türkiyənin zaman-zaman İsraillə münasibətləri pozulsa da, heç vaxt tam olaraq kəsilmir. Yəni hər zaman danışıqlar üçün bir yol saxlanılır. Rusiyanın isə İsrail ilə köklü bir münasibət tarixi var. Digər tərəfdən, Türkiyə və Rusiya Fələstin məsələsində ortaq fikrə sahibdir. Bu mənada bu iki ölkənin həmsədirliyi münaqişənin nizama salınmasına fayda verə bilər”.

Tarix
2020.05.21 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

“Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla