Yuxarı

Haftarın son ümidi də puç oldu – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Haftarın son ümidi də puç oldu – Ekspert

Haftar bu gün faktiki olaraq küncə sıxışıb. Bunu həm özü, həm onu dəstəkləyən qüvvələr, həm də Liviyanın Milli Razılıq Hökuməti yaxşı bilir. Buna görə də Haftarın yenidən güclənməsinə yol verilməyəcək. Haftarın atəşkəs təklifinin qəbul edilməməsi Liviyanın Milli Razılıq Hökumətinin qəti şəkildə Haftarı məğlub etmək niyyətini ortaya qoyur.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Liviya Milli Ordusunun marşalı Xəlifə Haftarın ölkədə atəşin dayandırılması təklifini Liviya Milli Razılıq Hökuməti tərəfindən qəbul edilməməsini şərh edərkən deyib. O bildirib ki, Liviya Milli Razılıq Hökuməti Haftara qətiyyən güvənmir:

“Liviyada son beş ayda gedən siyasi proseslər onu göstərir ki, Liviyanın Milli Razılıq Hökuməti üstünlüyü ələ ala bilib. Haftar isə mövcud vəziyyətdən çıxış yolu axtarır. O, müdafiə mövqeyindədir və müttəfiqlərindən dəstək gözləyir. Bunun üçün isə vaxt azdır”.

Ekspert bildirib ki, Haftarın Ramazan bayramı ilə əlaqədar təklif etdiyi atəşkəs öz mövqelərini gücləndirmək və müttəfiqlərindən dəstək almaq məqsədi daşıyır:

“Münaqişənin müxtəlif zamanlarında bənzər atəşkəs təklifləri olub. Yəni burda yeni bir şey yoxdur. Hətta onu da deyim ki, bu atəşkəs razılaşmalarını hər dəfə Haftar pozurdu. Bu mənada Sərrac hökumətinin atəşkəsə razı olmaması təbiidir. Digər tərəfdən ilk dəfədir ki, Haftar atəşkəs təklifi edir. Bu fakt belə Haftarın Liviyada üstünlüyü itirdiyini sübut edir.

Düşünürəm ki, Haftarın Ramazan bayramı adı altında atəşkəs təklifi sadə hiylədən, vaxt qazanmaqdan başqa bir şey deyil”.

Ekspert bildirib ki, Haftar artıq onu dəstəkləyən güclər üçün bir yük halına gəlib:

“Haftarın Liviyada zəifləyən mövqeyi onu dəstəkləyən qüvvələrin də diqqətindədir. Heç təsadüfi deyil ki, ötən gün Avropa birliyi etiraf etdi ki, Haftarı dəstəkləməkdə böyük səhv ediblər və Liviyada sülhün tez bir zamanda bərpa edilməsi üçün Liviyanın Milli Razılıq Hökuməti ilə danışıqlara başlamağa hazırdırlar. Digər bir nüansı da qeyd edim ki, ABŞ Liviyada sülhün bərpa edilməsi üçün tərəfləri yenidən danışıqlar masasına oturtmağın vacibliyinə dair bəyanatlar verir. Bu və digər nüanslar onu göstərir ki, böyük güclər də Liviyada Haftarın məğlub olduğunu anlayır”.

Tarix
2020.05.22 / 08:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla