Yuxarı

Ərdoğanla Merkel bu ölkədə müharibəni bitirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanla Merkel bu ölkədə müharibəni bitirir

Türkiyənin Liviya məsələsində Almaniya ilə danışıqlara getməsi prinsipial və gözlənilən idi. Çünki Sərrac hökumətinin mövqelərinin güclənməsi Almaniyanın da bölgədəki maraqlarına cavab verir.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkelin Liviyada BMT-nin dəstəklədiyi sülh prosesi ilə bağlı razılığa gəlməsini şərh edərkən deyib.

O bildirib ki, Türkiyə bəzi mövzularda Almaniya ilə əməkdaşlıq edə bilər:

“Türkiyənin dəstəklədiyi Sərrac hökuməti faktiki olaraq Liviyada qələbə qazanmağa çox yaxındır. Yəni Liviyada Sərracın qələbəsinin əsas səbəbkarı Türkiyədir. Məhz qələbəyə yaxın bir anda hər iki liderin Liviyada BMT-nin dəstəklədiyi sülh prosesinin gücləndirilməsi ilə bağlı razılığa gəlməsi təsadüfi deyil. Birincisi, Türkiyə Liviyada istənilən sülh prosesinin yalnız BMT-nin dəstəyi ilə baş tutacağını açıqca qeyd etmişdi. Yəni əslində belə bir razılaşma gözlənilirdi. İkincisi, Türkiyənin Liviya maraqlarının Almaniya ilə üst-üstə düşməsi tərəflərin uzlaşmasına səbəb oldu. Yəni Liviyanın gələcəyi hazırda Türkiyə və onun maraqları ilə üst-üstə düşən Almaniyadan asılı ola bilər. Üçüncüsü, Türkiyənin bu gün belə bir sülhə özünün də ehtiyacı var. Çünki Ankara Liviyanın bütün yükünü öz üzərinə götürə bilməz. Xüsusilə Türkiyə ilə Liviya arasında çox geniş bir sosial paket razılaşması var. Türkiyə Ağ dənizdə əldə etdiyi imtiyazlar qarşılığında Liviyanın yenidən qurulmasını öz öhdəsinə götürüb. Yəni Türkiyə bu paketini Almaniya ilə edə bilər”.

Tarix
2020.06.18 / 09:07
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

Bayramov Omana getdi: Səfirlik açılır...

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko

Tehranın yox, Bakının verdiyi dəhlizi seçdik - Papoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla