Yuxarı

Zakir Həsənovun mesajına Tixanskidən reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənovun mesajına Tixanskidən reaksiya

Sırf hərbi cəhətdən götürsək, qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun ümumi atəş gücü, kalibrli və artilleriya sistemləri baxımından imkanları rəqibindən ən azı ikiqat üstündür. Azərbaycan aviasiyası da daha yüksək səviyyədədir.

Bu sözləri Axar.az-a belaruslu hərbi mütəxəssisi, Rusiya Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanski Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun açıqlamasını şərh edərkən deyib.

Hərbi ekspertin fikrincə, döyüş əməliyyatlarının uğuruna ən çox qoşunların döyüş effektivliyi və döyüş hazırlığı təsir göstərir ki, bu da öz növbəsində ordu və donanmanın komandanlığından asılıdır:

“Azərbaycan Ordusunun döyüş hazırlığı və döyüş qabiliyyəti yüksək səviyyədədir. Eyni zamanda, qarşıda duran hərbi hədəflərə nail olunması ilk növbədə operativ-strateji qərargah formatında tətbiq edilir. Bu baxımdan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun “düşməni məğlub etmək üçün bütün imkanlarımız var və onlar bunu yaxşı bilirlər” mesajı heç bir şübhə yeri qoymur. Və əgər Azərbaycan Silahlı Qüvvələrinin hərbi strategiyası və taktikaları vahid formata keçərsə, bu, onların səmərəliliyinin artırılmasında keyfiyyət sıçrayışı olacaq. Və Belarus Hərbi Akademiyasının Baş Qərargahının fakültəsində oxuyan zabitlərin sayının artması bu prosesi sürətləndirəcək”.

Ekspert, həmçinin Dağlıq Qarabağın işğaldan azad olunması əməliyyatının uğurlu keçməsi üçün onun 2-3 sutka çəkməsi gərəkdiyini də vurğulayıb:

“Yox əgər 2-3 sutkadan çox çəkərsə, o zaman bu, təkcə hərbi və iqtisadi resurslar deyil, həm də siyasi qətiyyət tələb edən uzun bir müharibənin başlanğıcı ola bilər”.

“Ən optimal vaxt isə bir gündür! Qoşunların səriştəli rəhbərliyi və müvafiq planlaşdırma ilə bunun həyata keçirilməsi Azərbaycan Silahlı Qüvvələri imkanları daxilindədir”, – deyə Tixanski bildirib.

Tarix
2020.06.23 / 09:00
Müəllif
Əli, Rəfiqə
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla