Yuxarı

Ankaranın sürpriz gedişi: Bu ölkədə baza yaradır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankaranın sürpriz gedişi: Bu ölkədə baza yaradır...

Oman Ankaranın Yaxın Şərq siyasətində etibarlı tərəfdaşı ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Türkiyənin Omanda hərbi baza yaradacağı ilə bağlı iddiaları şərh edərkən deyib.

O bildirib ki, Türkiyə Omanda hərbi baza yarada bilər, çünki bu ölkə Ankaraya qarşı fərqli münasibəti ilə seçilir:
“Qətər krizi vaxtı Oman digər ərəb ölkələrinin əksinə olaraq Türkiyə ilə birlikdə Qətərə dəstək verdi. Ümumiyyətlə, Oman olduqca strateji bir mövqeyə sahibdir. Xüsusilə İran, BƏƏ, Səudiyyə Ərəbistanı, Yəmən kimi ölkələrlə həmsərhəd olması Omanı strateji ölkə halına gətirir. Omanın İranla da münasibətləri olduqca mülayimdir”.
Ekspertin sözlərinə görə, Türkiyə Qətərin ardınca indi də Omanda hərbi baza yaratsa, faktiki olaraq BƏƏ-ni mühasirəyə almış olacaq:

“Türkiyənin Qətərdən sonra Omanda da hərbi baza yaratması bu iki ölkə arasında qalan və regionda rəsmi Ankaranın ayağına dolaşan BƏƏ-yə ciddi təzyiq imkanı yaradacaq. BƏƏ Türkiyənin Omanda hərbi baza yaratmasından sonra rəsmi Ankara əleyhinə xarici siyasətdə əvvəlki kimi aktiv ola bilməyəcək”.

Tarix
2020.07.30 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

Gürcüstanda ciddi qəza olanda Azərbaycan dəstək göndərdi

Gürcüstanla Hökumətlərarası Komissiyanın iclası keçirildi

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla