Yuxarı

Makronun Beyrut səfərinin sirri – Karasik açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makronun Beyrut səfərinin sirri – Karasik açıqladı

Beyrutdakı partlayışın və onun nəticələrinin aradan qaldırılması üçün Fransanın yardımı labüddür.

Bu sözləri Amerika Qulf Analitik Mərkəzinin eksperti Teodor Karasik Axar.az-a Livandakı dəhşətli partlayış haqda danışarkən deyib.

Onun sözlərinə görə, Livanda onilliklər boyu davam edən yanlış idarəetmə və parçalanmaların artması nəticəsində yaranan kobud səhlənkarlıqlar səbəbindən ölkə indiki vəziyyətə düşüb:

"Ölkənin özünəməxsus ruhu onu bir yerdə saxlayırdı, amma indi o da parçalanıb. İdarəetmə ilə bağlı ortaya böyük suallar çıxır".

Fransa Prezidenti Emmanuel Makronun Livan səfərinə toxunan Karasik Fransanın Livanla ortaq keçmişi olduğunu xatırladıb:

“İki ölkə arasında hazırda potensial olaraq bir çox fərqli sahələrdə yenidən əməkdaşlığın qurulması mümkündür. Bəzi insanlar Fransanın hazırda yürütdüyü siyasətin müstəmləkəçilik olduğunu iddia etsələr də, bu arqument Livanın Fransanın yardımını özü tələb etdiyi üçün əsassız sayılır. Fransa ölkənin xırda-xırda addımlarla yenidən qurulmasını təklif edə bilər. Livan tarixinin bu yeni fəsli üçün sülhməramlıların yerləşdirilməsi məsələsi mütləq sayılır və gündəmə gələ bilər. Livanlılar bu problemi özləri yaradıblar və bu məsələni özləri həll edə bilməsələr, xarici qüvvələr onlara kömək etməli olacaq. Hamımızın öyrəşdiyi köhnə Livan isə artıq yoxdur”.

Qeyd edək ki, Beyrutdakı dəhşətli partlayışın ardınca Fransa lideri Makronun Livana səfəri beynəlxalq müşahidəçilərin ciddi şəkildə müzakirəsinə çevrilib.

Tarix
2020.08.08 / 09:09
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla