Yuxarı

Tramp Baydenə əsl şou hazırlayır – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Baydenə əsl şou hazırlayır – Şərh

Co Baydenin Donald Trampı depata çağırması onun üçün heç də uğurlu olmayacaq.

Bunu Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli prezidentliyə Demokratlar Partiyasından namizəd Co Baydenin Donald Trampı debata çağırmağa hazırlaşması haqda danışarkən deyib.

Politoloq bildirib ki, Bayden rəqibini düzgün qiymətləndirmir:

“Tramp sözün əsl mənasında şou adamıdır. Debatda isə təkcə namizədlərin bir-birini ittiham etməsi, əleyhinə faktlar təqdim etməsi kifayət deyil. Eyni zamanda, bu faktları şou formatında seciçilərə təqdim etməlidir. Bu mənada Trampın şansını daha çox qiymətləndirirəm.

Düşünürəm, Donald Tramp Baydenin onu debata çağıracağını təxmin edirdi. Onun son açıqlamaları çox maraqlıdır. Misal üçün, Tramp özünü keçmiş prezident Avraam Linkolnla müqayisə edib. Heç kəsə sirr deyil ki, Linkoln ABŞ vətəndaşlarının ən sevdiyi prezidentdir. Lakin Trampın özünü Linkolna bənzətməsinin əsas səbəbi afro-amerikalılar üçün Linkoln da daxil olmaqla, digər ABŞ prezidentlərindən daha çox iş gördüyünü düşünməsidir. Tramp Linkoln qədər olmasa da, şübhəsiz, ABŞ tarixində qaradərili vətəndaşların sevdiyi bir şəxsdir. Afro-amerikan icması üçün Baydenin 47 ildə etdiyindən daha çox şey etməsi bir reallıqdır.
Trampın bir önəmli vədi də ABŞ-ı xaricdəki mənasız və bahalı savaşlara cəlb etməyəcəyini deməsidir. Yəni o, daha sülhpərvər bir ABŞ vədi verir. Əslində isə Tramp demək istəyir ki, mənasız müharibələrə xərcləyəcəyi pulları ABŞ vətəndaşlarının sosial-iqtisadi inkişafına xərcləyəcək. Göründüyü kimi, Tramp Baydenin debatına çoxdan hazırdır”.

Tarix
2020.08.29 / 08:45
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla