Yuxarı

Mühüm razılaşma: Qəzza düyünü çözülür? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mühüm razılaşma: Qəzza düyünü çözülür? – Şərh

HƏMAS-la İsrail arasında əldə edilən razılaşma Yaxın Şərq üçün çox önəmli və vacib bir hadisədir. Bu razılaşmanın nə dərəcədə davamlı olacağını zaman göstərəcək.

Bu sözləri Axar.az-a siyasi ekspert Vüqar Zifəroğlu HƏMAS-la İsrail arasında əldə edilən razılaşmanı şərh edərkən deyib. O bildirib ki, İsrail ilə ərəb ölkələri arasında bir müddətdir davam edən yaxınlaşma öz müsbət nəticələrini göstərməkdədir:

“Düşünürəm, İsrailin HƏMAS-la razılığa gəlməsi İsrail-Ərəb münasibətlərinə də müsbət təsir edəcək. Hər halda İsrailin Fələstinlə bağlı kompromisə gedəcəyi gözlənilirdi. Bu, ərəb ölkələrinin rəsmi Təl-Əvivə güvənməsi üçün vacib bir şərt idi. Nəticə etibarilə Qətər nümayəndəsi Məhəmməd Amadinin vasitəçiliyi ilə keçirilən görüşdə Qəzzadakı gərginliyin sona çatdırılması üçün İsrail ilə razılaşma əldə edildi.

Təbii ki, bu prosesdə ABŞ-ın da xüsusi payı var. Çünki bu gün Ərəb-İsrail münasibətlərinin normallaşması rəsmi Vaşinqton üçün prioritetlərdən sayılır. Belə bir razılıq regionda İsrail üçün çox vacibdir. Çünki günü-gündən güclənən Türkiyə və davam edən İran təhdidi rəsmi Təl-Əvivi sərhədlərindəki gərginliyi sonlandırmağa vadar edir”.

Ekspertin sözlərinə görə, Pompeonun Yaxın Şərq səfərinin nəticəsi artıq özünü göstərir:

“Bir müddət öncə ABŞ Dövlət katibi Mayk Pompeonun Yaxın Şərq ölkələrinə turnesi oldu. Səfərin məqsədi isə bəlli idi: İsrail ilə ərəb ölkələri arasında münasibətlərin mümkün variantda həll edilməsi və mövcud gərginliyin iqtisadi, siyasi tərəfdaşlıqla əvəzlənməsi. Bu, həm də ABŞ-ın Yaxın Şərq üçün təqdim etdiyi “Əsrin müqaviləsi”nin ana xəttini təşkil edir.

Görünür, rəsmi Vaşinqton region üçün nəzər tutduğu siyasi konfiqurasiyanı addım-addım tətbiq etmədəkdədir. Regionda sabitliyin əldə olunması hər nə qədər müsbət hal olsa da, düşünürəm ki, fərqli qüvvələrin maraqları yenə də öz sözünü deyəcək. Çünki bu gün İsrail-Ərəb münasibətlərinin yaxşılaşması heç də hər kəsin maraqları ilə üst-üstə düşmür”.

Tarix
2020.09.02 / 09:07
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?

Dominqes Azərbaycana başsağlığı verdi

Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi

Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj

Kimlərə güzəştli kreditlər veriləcək? - Prezidentdən qərar

İsraildən Paşinyanın qələbəsinə reaksiya

Ceyhun Bayramov Boçorişvili ilə görüşdü

Kinterodan Əliyevə: Anlaşmanı möhkəmləndirmək istəyirik

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla