Yuxarı

Le Figaro: Paşinyanın vəziyyəti ümidsizdir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Le Figaro: Paşinyanın vəziyyəti ümidsizdir

Fransanın “Le Figaro” nəşri hazırda Dağlıq Qarabağda həyata keçirilən hərbi əməliyyatlar barədə növbəti yazı dərc edib.

Axar.az xəbər verir ki, məqalədə Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin heç bir siyasi həllinin olmadığını deyərək insanları könüllü olaraq cəbhəyə yollanmağa çağırdığı əks olunub.

Məqalədə həmçinin bildirilir ki, Paşinyan şəhər, qəsəbə və kəndlərin yerli rəhbərlərinə, vətəndaş təşkilatları, siyasi partiya, işgüzar dairələrin və könüllü birliklərin rəhbərlərinə müraciət edərək, onları Dağlıq Qarabağ separatçılarına qoşulub Azərbaycana qarşı döyüşməyə çağırıb.

O, cəbhə xəttindəki vəziyyətin separatçılar üçün kifayət qədər ağır olduğunu da etiraf edib və hər kəsi birləşməyə çağırıb.

Yazıda Azərbaycanın 90-cı illərdə itirdiyi torpaqları geri qaytardığı qeyd olunur.

Sonda bildirilir ki, Paşinyanın bu çıxışı oktyabr ayında razılaşdırılmış iki humanitar atəşkəsin ardıcıl olaraq uğursuzluqla nəticələnməsi zəminində baş tutub.

Yazıda hər iki ölkənin xarici işlər nazirlərinin Moskva və bu gün baş tutmalı olan Vaşinqton görüşlərinə də toxunulub.

Tarix
2020.10.23 / 16:01
Müəllif
Axar.az
Digər xəbərlər

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla