Yuxarı

Ukraynada azərbaycanlıların tarixi haqqında kitab...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada azərbaycanlıların tarixi haqqında kitab...

Ukraynada "Kuzari" təxəllüsü ilə fəaliyyət göstərən tarixçinin "Yoxa çıxmış sivilizasiya - Gözdən qaçan fəlakət" kitabı nəşr olunub. Bu, tədqiqatın ukrayna dilində çap formatında işıq üzü gördüyü ilk ölkədir.

Kult.az Report-a istinadən xəbər verir ki, daha əvvəl kitabın materialları bu platformada təqdim edilib.

Nəşriyyat qrupunun planlarına kitabın Polşa, Almaniya, Baltikyanı ölkələr, Moldova, Qazaxıstan və Özbəkistanda nəşri daxildir.

Tədqiqat müasir Ermənistan ərazisində, ilk növbədə, İrəvan quberniyasında, Zəngəzurda Azərbaycan xalqının əcdadlarının və azərbaycanlıların tarixinə həsr olunub.

Kitabda qeyd edilib ki, müəllif regionun şəhər və kəndlərinin tarixini, onların mədəni simasının formalaşmasında azərbaycanlı əhalinin rolunu, eləcə də sonrakı demoqrafik dəyişiklikləri, zorakılıq, sürgün və deportasiyaları izləyib.

Müəllifin fikrincə, bu ərazilərin türk keçmişinə dəlalət edən, qorunub saxlanılmış mədəni irs obyektlərinə xüsusi diqqət yetirilib. Onların arasında məscidlər, qəbiristanlıqlar, qalalar və abidələr var.

Müəllif geniş sübutlar bazasını tədqiqatın xüsusiyyətlərindən biri adlandırıb. Kitabda arxiv sənədləri, erməni müəlliflərin əsərləri, inqilabaqədərki və sovet dövrünə aid Rusiya rəsmi sənədləri, Fransa diplomatik materialları və digər məlumatlar daxil olmaqla, 1 765 mənbə sistemləşdirilib.

Bununla yanaşı, müəllif əsas sübutlar bazası kimi Azərbaycan və Türkiyə tarixşünaslığından istifadə etmədiyini vurğulayıb.

Çap nəşri həmçinin multimedia materialları – sahə foto, video materialları, şahidlərlə müsahibələr və XIV əsrdən XX əsrədək hadisələrin xronologiyası ilə tamamlanıb.

Kitabın elektron versiyası, arxiv sənədləri, video sübutlar və layihənin digər materialları bu saytda əlçatandır.

Tarix
2026.09.19 / 20:37
Müəllif
Kult.az
Digər xəbərlər

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla