15 sentyabr Bakının erməni-rus-gürcü və ingilislərdən azad edilməsi günü idi. Məlumdur ki, Qafqaz İslam Ordusu ilə Azərbaycan xalqı birlikdə təkcə Bakını deyil, ermənilərin bel sütunu olan Şaumyan sistemini məhv ediblər. Bakını azad edənlərə qarşı vuruşan ermənilərin çoxu xaricdən gələnlər idi.
Bunu təsdiq edən neçə-neçə fakt var. Lakin ermənilər dünən bu fotonu (yazının sonunda təqdim edilir - red.) paylaşıb, guya bu, Bakını türklərdən “qoruyan” erməni fədaidir.
Gəlin bu fotonu, digər erməni saxtakarlıqları kimi, ifşa edək:
Ermənilər bunu “erməni fədaisi” kimi təqdim edirlər: https://de.wikipedia.org/wiki/Fedayi_(Armenier); https://vk.ru/wall-196641780_127504
İlk olaraq geyimdən başlayaq. Qafqazda, xüsusilə Azərbaycanda və onun baş şəhəri Bakıda yaşayan bütün etnik qruplar və hətta xaricdən gəlib burda çalışan əksər adamlar yerli azərbaycanlıların geyimlərindən istifadə edirdilər. Ermənilər, gürcülər və digərləri öz geyimlərini Azərbaycan bəylərinin geyiminə oxşatmağa cəhd edirdilər. Bu fotoda olan şəxsin geyiminin üst hissəsi birbaşa azərbaycanlılara xas olandır.
Digər tərəfdən, foto studiya mühitində çəkilib. ”Döyüşçü”nün ayağını qoyduğu taxta blok və arxadakı ağac təsvirli divar kağızı tamamilə süni şəkildə hazırlanmış dekorasiyadır.
Bu, həmin dövrdə populyar olan, lakin real hərbi şəraiti əks etdirməyən klassik "poz sənəti"dir. Geyindiyi müasir dabanlı dəri ayaqqabılar həmin dövrün əsgər çəkmələri deyil, şəhər tipli mülki ayaqqabıdır.
Fotonun yuxarı hissəsində birbaşa neqativin üzərinə əllə yazılmış "ARMENIAN VOLUNTEER 807-8" yazısı görünür. Bu yazı sonralar manual formada əlavə edilib.
Ermənilər iddia edir ki, fotoda olan “əsgərin” əlində Mosin tüfəngidir. Lakin silah üzrə ekspertlər bildirib ki, bu Mauzer tipli silahdır, çünki Mosin tüfənginin güllə darağı daxili olsa da, çəpəki formalıdır və qundağın altından kifayət qədər kənara çıxır.
Bu fotoda tətiyin ön hissəsi tamamilə düzdür və darağ ağac qundağın içində gizlənib. Dörd fərqli cərgədə olan güllələrin kalibrləri bir-birindən fərqlənir və əlində tutduğu Mauzeri ilə uyğun gəlmir. Real əsgər heç vaxt öz silahına aid olmayan və doldurulması mümkün olmayan yüzlərlə fərqli patronu bədənində yük kimi daşımazdı.
ABŞ Konqres Kitabxanasının arxivində George Grantham Bain Kolleksiyasında saxlanılan bu şəkilə ekspertlər artıq rəsmi mövqe bildiriblər. Erməni könüllü dəstələri üzərində xaç və ya gerb olan papaqlar və Rusiya hərbi formasına yaxın geyimlər geyinirdilər. Burada isə sırf yerli Qafqaz müsəlman-türk geyim forması götürülərək, "erməni könüllüsü" kimi təqdim edilib.
Fotonun sağ yuxarı küncündə yazılmış "807-8" rəqəmi hərbi hissə nömrəsi deyil. Bu, Nyu Yorkda yerləşən “Bain News Service” xəbər agentliyinin daxili kataloq nömrəsidir.
O dövrdə Qərb mediasında Osmanlıya qarşı vuruşan "əzilən xristian könüllü" obrazı yaratmaq üçün Qafqazda çəkilmiş bir çox adsız fotoşəkil kütləvi şəkildə bu adla etiketlənərək arxivlərə ötürülürdü. Amerika arxivləri isə fotoları qəbul edərkən onların etnik mənsubiyyətini yoxlamır, sadəcə gətirən agentliyin qeyd etdiyi adı indeksə daxil edirdi.
Bu faktlar sübut edir ki, fotonun adı və mənsubiyyəti tamamilə Nyu Yorkdakı agentliyin ofisində uydurulub.