Yuxarı

İstənilən nəticəni hələ əldə etməmişik - Salam

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstənilən nəticəni hələ əldə etməmişik - Salam

Vaşinqton, Beyrut və Təl-Əviv arasında “Üçtərəfli Çərçivə” yalnız danışıqlar üçün siyasi çərçivəni formalaşdırır, hüquqi mənada razılaşma və ya müqavilə demək deyil.

Axar.az xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam hökumətin iclasında bildirib.

O vurğulayıb ki, Beyrut danışıqlardan istənilən nəticələri hələ əldə etməyib. Qeyd edib ki, İsrail qoşunlarını Livan ərazilərindən tam geri çəkməyib. Əlavə edib ki, Livanın danışıqlarda mövqeyi daxili dəstək alanda daha güclü olur.

Nəvaf deyib ki, bir neçə sakin hələ də əsirlikdədir və insanlar öz evlərinə qayıda bilmirlər:

“Buna baxmayaraq, danışıqlar hələ davam edir. Hökumətin siyasəti Livanın regional tərəflərin mübarizəsi meydanına çevrilməsinin qarşısını almağa yönəlib”.

Qeyd edək ki, sentyabrın 17-də Fransa prezidentinin dəvəti, Livan və İordaniyanın dövlət başçılarının iştirakı ilə Livan ordusuna və daxili təhlükəsizlik qüvvələrinə dəstək konfransı keçiriləcək.

Tarix
2026.09.17 / 01:40
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla