Yuxarı

Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb

Çinli mütəxəssislər toyuğun hansı hissələrinin yeyilməməli olduğunu açıqlayıb.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, toyuq əti əsas qida məhsullarından biri hesab olunur.

Çin mətbəxində toyuq xüsusi yer tutur; düyülü toyuq və ya toyuq şorbası kimi yeməklər orada çox populyardır. Yerli əhalinin çoxu toyuğu sümüklü yeməyə üstünlük verir.

Şorbalarda, düyülü yeməklərdə və digər xörəklərdə tez-tez çoxlu sayda sümük olur, hansı ki, dişin sınmasına səbəb ola bilər. Çinlilər bunu belə izah edirlər ki, sümüklü bişən ət sümüksüz fileyə nisbətən daha dadlı olur. Bununla belə, Çinli tibb mütəxəssisləri fərqli fikir bildirirlər: onlar qeyd edirlər ki, toyuq döşü zərərli patogenlərlə doludurbuna görə də quşun bu hissəsini mümkün qədər az yemək məsləhətdir.

Toyuq budları və qanadları isə, ümumiyyətlə, ölçülü şəkildə yeyildikdə təhlükəsizdir. Toyuq ağciyərlərində yüksək miqdarda bakteriya və parazitlər olur. Mütəxəssislər vurğulayırlar ki, toyuq hətta yüksək temperaturda uzun müddət bişirilsə belə – məsələn, sobada və ya açıq odda – bu parazitlər ağciyərlərin içərisində sağ qala bilirlər. Bəzi Asiya ölkələrində olduqca populyar olan toyuq beyni və başı da risk yaradır, çünki onların tərkibində müxtəlif təhlükəli maddələr aşkar edilib.

Toyuq dərisini yeməyi sevənlər üçün isə məyusedici xəbər var. Birincisi, onun tərkibində insanlar üçün qida dəyəri olan demək olar ki, heç bir maddə yoxdur. İkincisi, bu dəridə çoxlu sayda bakteriya toplanır – elə bakteriyalar ki, onları hətta çox diqqətlə yumaqla belə tamamilə təmizləmək mümkün deyil. Toyuğu dondurucuda saxlamaq daha yaxşıdır, çünki bir çox patogenlər aşağı temperaturda məhv olur.

Tarix
2026.11.12 / 02:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla