Yuxarı

Ermənistanın KTMT-də hüquqları bu halda bərpa oluna bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın KTMT-də hüquqları bu halda bərpa oluna bilər

Ermənistan üzvlük haqları üzrə borcunu ödədikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində tamhüquqlu iştirakını bərpa edə və yenidən öz nümayəndələrini təşkilatın orqanlarına göndərə biləcək.

Axar.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi Taalatbek Masadıkov deyib.

Onun sözlərinə görə, sammitdə Ermənistanın təşkilatdan çıxarılması məsələsinə baxılmayıb. O əlavə edib ki, borcun ödənilməsi barədə qərar ölkə rəhbərliyinin səlahiyyətindədir:

“Ermənistan son üç il ərzində üzvlük haqlarını ödəməyib. Həmin müddət ərzində Ermənistan KTMT Katibliyinə və Birləşmiş Qərargahına da əməkdaşlar göndərməyib. Bu ölkənin nümayəndələri iclaslara qatılsalar da, müzakirələrdə iştirak etməyiblər”.

Qeyd edək ki, ötən gün Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan, eləcə də rəsmi vəzifələrə nümayəndə təyin etmək hüququndan məhrum edilib.

Tarix
2026.11.12 / 01:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla