Yuxarı

Müğənnidən "Şəki yaylası" və sahibi haqda şok iddialar - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənnidən "Şəki yaylası" və sahibi haqda şok iddialar - Video

Müğənni Niyam Salami çalışdığı məkanda haqsızlığa məruz qaldığını iddia edib.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi bir neçə gün əvvəl iki nəfərin ölümü ilə nəticələnən kanat qəzasının baş verdiyi “Şəki yaylası” istirahət mərkəzinin sahibindən şikayətlənib. Niyam həmin şəxsin Novxanıda yerləşən restoranında çalışdığını və işdən ayrıldıqdan sonra problemlərlə üzləşdiyini iddia edib:

“İndi də eşitdim "Şəki yaylası"nda açdığın yerdə kanat çəkirsən. Kanatı işi bilənlərə çəkdir. Öz qayınına kanat çəkdirdin, 100 min ayırdın, hərə bir az cibinə qoydu, bugündə kanat çəkildi. Camaatın balasını öldürdün. Sənin ucbatından camaatın balası öldü. Nə kanata, nə başqa şeyə baxan var. Pul gözünü örtüb”.

N.Salami daha sonra keçmiş iş yeri ilə bağlı yaşadığını iddia etdiyi problemlərdən danışıb:

“3 ildir mənə əzab verildi. Nə efirdə, nə dost yanında danışa bildim. Səbir etdim, Allaha tapşırdım. Novxanıda bir obyektdə çalışırdım. Müdiriyyətin başıma gətirdiyi oyunlardan danışa bilmirdim. Bir il çalışdım, ikinci il qışa düşdü. Qışda dəniz kənarında məkanlar işləmir. Getdim böyük heyətlə. Sizin əxlaqsızlığınızı, şeytan işlərinizi gördüm. Dedim, yayı yola verim, qışda gedim”.

Sənətçi rəhbərlik tərəfindən borclandırıldığını da iddia edib:

“Hər ay üstümə adam göndərib faizi qaldırırdın. Fəhlə işləyirdim? Qırğınlarımız başladı. Mənə zülm verməyə başladılar. Çıxmaq istəmirdim, borclar qalmışdı. Düşünürdüm ki, çalışım, ödəyib çıxım. Rəhbərlik dedi, ödəyəcəyik. Mən gedən kimi bütün şirkətləri mənim üstümə göndərdilər. Hər gün mənə şirkət zəng edir, pul istəyir”.

Niyam həmçinin ad günündə ona ev hədiyyə ediləcəyinin deyildiyini, lakin sonradan bununla bağlı sənədlərin saxta olduğunu iddia edib:

“Mənə ad günümdə guya ev hədiyyə verirdi, sənət gətirdi. İmza atdım, guya ev verildi. Sən demə, saxta imiş. Mənə zülm etdiklərin üçün iş otağın yandı, cavan qardaşın rəhmətə getdi. Restoranda camaata zülm verirsən, işçilərin maaşını kəsirdin”.

Tarix
2026.09.10 / 16:38
Müəllif
Kult.az
Digər xəbərlər

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla