Yuxarı

“44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər

Kino Agentliyi “44” filmi ilə əlaqədar ictimaiyyətə müraciət edib.

Kult.az xəbər verir ki, müraciətdə seanslar zamanı mobil telefon və ya digər cihazlarla filmin çəkilməsi, görüntülərin icazəsiz qeydə alınması və yayılmasının yolverilməz olduğu bildirilib.

“Bu cür hərəkətlər filmin istehsalçısına, yaradıcı heyətə və filmi izləməyə gələn digər tamaşaçılara qarşı hörmətsizlikdir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əsərin surətinin çıxarılması müəlliflik hüququ sahibinin müstəsna hüquqlarına daxildir.

Qanunda surətçıxarma anlayışına videoyazı formasında hazırlanma da daxildir. Buna görə filmin icazəsiz qeydə alınması və xüsusilə həmin görüntülərin paylaşılması müəlliflik hüquqlarının və qanunvericiliyin tələblərinin pozulmasına səbəb ola bilər. Tamaşaçılardan seanslar zamanı filmin mobil telefon və ya digər cihazlarla qeydə alınmamasını, habelə filmə aid görüntülərin hüquq sahibinin icazəsi olmadan yayılmamasını qəti şəkildə tələb edirik. Bu tələblərin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə, qanunla müəyyən edilmiş şərtlər mövcud olduqda isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165.1-ci və 165.2-ci maddələrinə əsasən məsuliyyətə səbəb ola bilər. Qanun pozuntusu faktlarını aşkar edildikdə, təqsirli şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək”, - müraciətdə qeyd olunub.

Tarix
2026.10.19 / 14:33
Müəllif
Kult.az
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla