Yuxarı

Deqati Parisdəki iğtişaşlarda xəsarət aldı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deqati Parisdəki iğtişaşlarda xəsarət aldı - Video

Tanınmış fotojurnalist Rza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb.

Kult.az xəbər verir ki, bu barədə fotojurnalist Azərtac-a müsahibəsində özü məlumat verib.

“Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm”, - deyə Rza Deqati bildirib.

İndiyədək belə miqyasda iğtişaşın şahidi olmadığını diqqətə çatdıran R.Deqati əlavə edib:

“Məşhur brend mağazalar da talan olundu. İdman geyimləri və ləvazimatları satılan mağazada demək olar, heç nə qalmamışdı. Ətrafdakı digər obyektlərə də ziyan vurulmuşdu. Fransa cəmiyyəti hökumətdən bu halların qarşısının alınmasını tələb edir. İnsanlar hadisələrdə iştirak edən şəxslərin müəyyənləşdirilməsini və qanun qarşısında cavab verməsini istəyirlər. İğtişaşlarda iştirak edənlərin bir qisminin 18 yaşına çatmadığı bildirilirdi. Bu səbəbdən yetkinlik yaşına çatmayan şəxslərin məsuliyyəti məsələsi də müzakirə olunur. Eyni zamanda, dağıntılar nəticəsində dəymiş ziyanın hesablanması və onun təqsiri olan şəxslərə ödətdirilməsi ilə bağlı tədbirlərin görülməsi də gündəmdədir”.

Tarix
2026.10.23 / 10:53
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla