Türkiyənin növbəti prezidenti o ola bilər
13:56
| Ana səhifə Kult |
|
Güney azərbaycanlı dramaturq, yazıçı və tərcüməçi Mehdi Muradpur Almaniyanın Hamburq şəhərində dünyasını dəyişib.
Kult.az xəbər verir ki, bu haqda onun ailəsi məlumat yayıb.
Məlumata görə, Muradpur oktyabrın 20-də uzun sürən xəstəlikdən vəfat edib.
Qeyd edək ki, 1979-cu ildə Tehranda azərbaycanlı ailədə anadan olan Mehdi Muradpur 2001-ci ildə Almaniyaya mühacirət edib.
O, Leypsiq və Havanada ispan dili və ədəbiyyatı, sosiologiya və mədəniyyətşünaslıq üzrə, 2014-cü ildən isə Avstriyanın Qrats şəhərində dramaturgiya üzrə təhsili alıb.
Beş əsəri Almaniya və Avstryada nümayiş olunan Muradpurun "Məkansız bədən" romanı ən çox oxunan kitablar siyahısına salınıb.
|
Tarix
2026.10.21 / 13:00
|
Müəllif
Kult.az
|