Yuxarı

Müharibə haqda ən yaxşı film... - Xalq artisti

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə haqda ən yaxşı film... - Xalq artisti

“44” filmi son onilliklərin müharibə haqqında ən yaxşı filmidir. Mükəmməl işdir, gözəl aktyor oyunu və rejissor quruluşu var. Yəni 44 günlük müharibənin içərisində olan biri kimi deyim ki, savaşın kəskinliyini və Azərbaycan əsgərini tam ifadə ediblər. Film inandırıcıdır, insana təsir edir və onu Azərbaycanın hüdudlarından kənarda da nümayiş etdirmək olar.

Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Nurəddin Mehdixanlı “44” filmi ilə bağlı danışarkən deyib.

“Nəhayət, bizim Qarabağ savaşı ilə bağlı ortaya qoyduğumuz ciddi bir bədii sənət əsərimiz var.

Filmi təhlil etsək, bu, uzun çəkər. Ehtiyatda olan zabit kimi həmin hadisələri əvvəlindən sonuna qədər izləmişəm, prosesdə iştirak etmişəm. Ona görə deyirəm ki, film inandırıcıdır, şişirtmə, bəzəmə yoxdur və hadisələrin xronoloji ardıcıllığı qorunub.

“Şuşa, sən azadsan!” məqamına qədər filmi gərginliklə izləyirsən, hadisələrdən gözünü ayıra bilmirsən.

Filmdə təkrar yoxdur, hər kadr yenidir, səni başqa aləmə bağlayır.

Hamımızı, bütün cəmiyyətimizi, Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan əsgəri və Azərbaycan Ordusunun qəhrəmanları həqiqi bədii sənət əsərində göstəriliblər”, - aktyor bildirib.

Tarix
2026.10.21 / 07:00
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla