Yuxarı

Yuxu hormonu çatışmayanlar xərçəng ola bilər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yuxu hormonu çatışmayanlar xərçəng ola bilər

Yuxu hormonu melatoninin çatışmazlığı xərçəngin inkişafına təsir göstərir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, onkoloq İvan Karasev yuxu hormonu melatoninin vacibliyini önə çəkib. Həkim xəbərdarlıq edib ki, melatonin çatışmazlığı sürətlə qocalma və xərçəngin inkişafına səbəb olur:

"Bu gün elm adamları yuxu hormonu olan melatoninin çatışmazlığı ilə xərçəngin inkişafı arasındakı əlaqədən danışırlar.

İnsan bədənində melatonin istehsalı qaranlığın başlaması ilə sintez olur. Bu yuxu hormonunda çatışmazlıq olmayan insan tez yuxuya gedir və kifayət qədər uzun müddət yatır, dərin və keyfiyyətli yuxu təmin edir.

Melatonin iltihab əleyhinə təsir göstərir və immun sistemini stimullaşdırır. Nə qədər çox melatonin istehsal olunursa, insan bir o qədər yavaş qocalır", - deyə İvan Karasev bildirib.

Nəticələr göstərir ki, gecə işləməli olan insanlar (bu zaman bədənləri melatonin istehsal etmir) xərçəngə daha çox meyllidir. Xüsusilə, qadınlarda döş, yumurtalıq və yoğun bağırsaq xərçəngi riski təxminən 30 faiz artır".

Həkim əlavə edib ki, melatonin insan tam qaranlıqda yatanda ən yaxşı şəkildə istehsal olunur - hətta çox kiçik işıq mənbələri belə onun istehsalını azalda bilər:

"Həb şəklində qəbul etməkdənsə, yuxunuzu və öz melatonin istehsalınızı yaxşılaşdırmaq daha yaxşıdır".

Tarix
2026.09.17 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla