Yuxarı

ABŞ Türkiyə şirkətini sanksiya siyahısından çıxartdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Türkiyə şirkətini sanksiya siyahısından çıxartdı

ABŞ Maliyyə Nazirliyi Rusiya ilə bağlı sanksiya siyahısından bir fiziki və bir hüquqi şəxsin çıxarıldığını elan edib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, dərc olunmuş rəsmi sənədə əsasən, məhdudiyyətlər Türkiyənin “Modulsan Makina Kesici Takim ve Disli Sanayi Ticaret Limited Şirketi” şirkətindən və İsveçrə vətəndaşı Hans Peter Bomatter La Zubiyadan götürülüb.

Qurum qərarın səbəbləri ilə bağlı əlavə açıqlama verməyib.

Eyni zamanda, sentyabrın 16-da ABŞ Konqresinin Nümayəndələr Palatası prosedur səsverməsi çərçivəsində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Sənədin lehinə 214 konqresmen səs verib, 211 demokrat isə əleyhinə çıxış edib.

Bildirilir ki, Nümayəndələr Palatasındakı demokrat rəhbərlər sanksiya layihəsinin əleyhinə olsalar da, fraksiyanın bir sıra üzvləri bu mövqe ilə razılaşmayaraq lehinə səs veriblər.

Tarix
2026.09.16 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla