Yuxarı

Messiyə 500 milyon təklif etdim, imtina etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Messiyə 500 milyon təklif etdim, imtina etdi

"İnter"in sabiq prezidenti Massimo Moratti 2012-ci ildə argentinalı hücumçu Lionel Messini 500 milyon avroya almağa hazır olduğunu, lakin onun bu təkliflə hətta tanış olmadığını söyləyib.

Axar.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

"Mən Messi üçün 500 milyon avroluq təklif irəli sürdüm. Həmin il üçün bu, çılğın bir rəqəm idi. Danışıqlar aparmaq üçün vitse-prezidentimi Barselonaya göndərdim. Lakin Messi məktubu heç açmadı və təklifdən xəbərdar olmadı. O, təfərrüatları bilmədən bunu rədd etdi", - Moratti bildirib.

"İnter"in sabiq prezidenti həmçinin Messi ilə şəxsən əlaqə saxlaya bildiyini vurğulayıb:

"O, cavabında dedi: "Karyeramı "Barselona"da bitirmək istəyirəm". O, "Barselona"da qalmaq istəyirdi. Vəziyyəti bilirdim, lakin onu pulla şirnikləndirməyə çalışdım və bu baş tutmadı".

Qeyd edək ki, Massimo Moratti 1995-2004 və 2006-2013-cü illərdə Milanın "İnter" klubunun prezidenti olub. Lionel Messi isə 2012-ci ildə "Barselona"nın şərəfini qoruyurdu.

Tarix
2026.09.16 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla