Yuxarı

ABŞ Rusiyaya qarşı sanksiyalar paketini səsverməyə çıxarır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Rusiyaya qarşı sanksiyalar paketini səsverməyə çıxarır

ABŞ Konqresinin Nümayəndələr Palatası bu gün Rusiya rəsmilərini, maliyyə qurumlarını, energetika və müdafiə sektorlarını hədəf alan geniş sanksiyalar paketini səsverməyə çıxaracaq.

Axar.az xəbər verir ki, sənəd Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üzərində bir ildən çox çalışmış Cənubi Karolinanın mərhum senatoru Lindsi Qrehemin adını daşıyır. Layihə Rusiyanın sanksiyalardan yayınmasına kömək edən neft tankerlərini də hədəfə alır, həmçinin Rusiya enerjisinin əsas alıcılarına qarşı 100 faizədək gömrük rüsumlarının tətbiqinə imkan verir.

Qanun layihəsi daha əvvəl Senatda 86 səs lehinə, 11 səs əleyhinə olmaqla qəbul edilib. Nümayəndələr Palatası da sənədi təsdiqləyərsə, imzalanması üçün Prezident Donald Trampa göndəriləcək.

Qeyd edək ki, bu sənəd Donald Trampın Ağ Evə qayıtmasından sonra Ukraynanın dəstəklənməsinə yönəlmiş ən genişmiqyaslı qanunvericilik təşəbbüslərindən biri hesab olunur.

Tarix
2026.09.16 / 23:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla