Yuxarı

Hərbi Prokurorluqdan Səfər Əbiyevlə bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə mərbuatı son günlər sabiq Müdafiə naziri Səfər Əbiyevlə bağlı yeni məlumatlar yayıb.

Generalın keçmiş fəaliyyətinin milli təhlükəsizlik orqanları tərəfindən araşdırıldığı, Səfər Əbiyevin özünün isə ev dustağı kimi xüsusi xidmət orqanları əməkdaşlarının tam nəzarəti altında saxlanıldığı iddia olunur. Eyni zamanda, hərbi prokurorluq orqanları tərəfindən Müdafiə Nazirliyi sistemində genişmiqyaslı yoxlamalar aparıldığı və bunun eks-nazirlə əlaqəli olduğu vurğulanır.

Modern.az saytı məsələyə aydınlıq gətirilməsi üçün Respublika Hərbi Prokurorluğuna müraciət edib. Hərbi Prokurorluqdan verilən açıqlamada hərbi sahədə, hərbi hissələrlə bağlı yoxlamaların mütəmadi aparıldığı inkar olunmayıb, amma bunun Səfər Əbiyevlə bağlılığını təkzib ediblər.

"Respublika Hərbi Prokurorluğu hərbi sahədəki fəaliyyətlə bağlı mütəmadi olaraq yoxlamalar aparır, amma bu o demək deyil ki, həmin yoxlamalar mediada iddia olunduğu kimi, Səfər Əbiyevlə bağlıdır. Bu yoxlamaların sabiq nazirlə hər hansı əlaqəsi yoxdur", - deyə Hərbi Prokurorluqdan bildirilib. Açıqlamada eyni zamanda Səfər Əbiyevin ev dustağı kimi saxlanılmasından da xəbərsiz olduqları qeyd edilib.

Tarix
2013.12.26 / 10:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla