Yuxarı

Bakıdan İrəvana təyyarə boş qayıtdı: nə baş verir? – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün olduqca maraqlı bir proses yaşandı: Əvvəlcə, Azərbaycandan erməni terrorçularının (Ermənistan onları “hərbi əsir” sayır – red.) bir qisminin geri verildiyi və onları gətirən təyyarənin Erebuni hava limanına yaxın dəqiqələrdə enəcəyi bildirildi.

Ardınca isə təyyarənin gəldiyi, ancaq içində rus sülhməramlılarının rəhbəri Rüstəm Muradovdan başqa kimsənin olmadığı bildirildi. İtkin hərbçilərin Erebuni limanına yığışan valideynləri isə etiraz olaraq səhər saatlarından Müdafiə Nazirliyinin binasının mühasirəsinə qoşulmağa getdilər.

Daha bir məraqlı məqam Azərbaycandan “hərbi əsir”lərin qayıtması barədə məlumatı Ermənistan Baş nazir müavininin sözçüsü Njde Ovsepyanın yayması idi. Qısa müddət sonra isə mediada yayılan xəbərlərdə Njde Ovsepyanın adı çıxarıldı və “hökumətdəki mənbə” ilə əvəz edildi.

Nə baş verir?

Azərbaycan cəmiyyətini də maraqlandıran budur: nə baş verir?

- 7 apreldə Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya lideri Putinlə görüşür. Əsas müzakirə mövzusu isə regiondakı nəqliyyat kommunikasiyalarının tam bərpası olur. Ancaq Nikol Paşinyanın “hərbi əsirlər” mövzusunu da gündəmə gətirdiyi elan edilir. İlk dəfə Paşinyanla Putin arasında görüş 3,5 saat uzanır və görüşün detalları açıqlanmır;

- Paşinyan geri qayıdan kimi, 8 apreldə Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanla görüşür və Moskva danışıqları barədə onu “məlumatlandırır”;

- Rusiya lideri Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurur və çox böyük ehtimalla Paşinyanla görüşü barədə həmkarını məlumatlandırır. Bu telefon danışığı barədə yayılan məlumatda kommunikasiyaların açılması mövzusu qabarıqdır.

- Rusiyanın Baş prokuroru əvvəlcə İrəvana gedir, hətta Nikol Paşinyanla da görüşür, ardınca isə elə həmin gün Bakıya gəlir. Bakıda hələ görüşlərə başlamayıb.

- Və məhz bu məqamda Bakıdan “əsir”lərin bəzilərini qaytaran təyyarənin göyə qalxdığı, yerə enəndə isə içinin boş olduğu xəbərləri yayılır;

- Ermənistanın Baş nazir müavini Tiqran Avinyan “erməni əsirlər”in geri qaytarılmasının, “təəssüf ki”, mümkün olmadığını açıqlayır və Rusiyanın vasitəçiliyi ilə bu istiqamətdə danışıqların davam etdiyini bildirir.

“Əsir”lər niyə qaytarılmadı?

Ermənistan “əsirlər”, əslində isə Qarabağda ələ keçirilən qanunsuz silahlı dəstə üzvlərinin geri verilməməsinin səbəbini “anlamır” və yaxud elan etmir.

Eyni anda Azərbaycan rəsmilərinin verdiyi açıqlama diqqət çəkməyə bilməz. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov İƏT baş katibi ilə görüşdən sonra bu gün axşam saatlarında “erməni əsiri” məsələsinin bağlandığını elan edir – qəti mövqedir.

Azərbaycan Prezidenti İlham Əliyev isə daha aydın və sərrast mesaj verir. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən Prezident Əliyev bildirir ki:

1. Münaqişə birtərəfli qaydada həll olunub;

2. Biz ədaləti bərpa etmişik;

3. Ermənistan hərbi cinayəti davam etdirir, ərazilərin mina xəritəsini bizə vermir.

İlk iki mesaj Azərbaycanın qətiyyətinin ifadəsidir – yəni nə etsəniz belə, müharibənin nəticəsini dəyişə bilməyəcəksiniz.

Sonuncu isə, deyəsən, Bakıdan Muradovun boş qayıtmasının səbəbinə aydınlıq gətirir.

Ehtimal budur:

1. Muradovdan xəritə gözlənilirdi və o, xəritəsiz gəlib.

2. İrəvana səfər edən, Ermənistan Baş prokuroru və Baş naziri ilə görüşən Rusiya Baş prokuroru İqor Krasnov da Muradovun ardınca axçam saatlarında Bakıya gəlir. Ola bilsin ki, Krasnov Ermənistan Hərbi Prokurorluğundan bu xəritələri əldə etməyə çalışıb.

Əgər əldə etsəydi, onda Muradov Bakıdan əliboş qayıtmaz, Ermənistan Müdafiə Nazirliyinin binası isə 12 saatdan sonra nəhayət, itkin erməni valideynlərinin mühasirəsindən xilas olardı...

Tarix
2021.04.09 / 00:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək

ABŞ görüşü: Vaşinqton Bakı ilə 3 məsələni dəqiqləşdirir

Siyarto: Azərbaycan bu quruma qayıtmalıdır

Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir

Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla