Yuxarı

Bakı təkliflərini geri çəkə və ərazi iddiasına başlaya bilər - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı təkliflərini geri çəkə və ərazi iddiasına başlaya bilər - Video

09:00

Paşinyan öz fikirlərində səmimidirsə, o zaman tezliklə Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sərhədlərin delimitasiya və demarkasiya prosesi başlamalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Ermənistan Baş naziri Nikol Paşinyanın sülh sazişi və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Politoloq bildirib ki, Nikol Paşinyanın onlayn formada keçirdiyi mətbuat konfransında Ermənistanın sülh müqaviləsinə hazır olduğunu qeyd etməsi müsbət haldır:

“Məğlub olmuş ölkənin lideri ictimaiyyət qarşısında sülh müqaviləsinə hazır olduğunu qeyd edir, bu, yaxşı haldır. Amma digər tərəfdən biz bilirik ki, Paşinyan daima ikibaşlı fikirləri və qeyri-səmimiliyi ilə seçilib. Təəssüflər olsun ki, üçtərəfli bəyanatdan bir ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də delimitasiya və demarkasiya ilə bağlı Ermənistan birgə işçi qrupunun yaradılmasına maneə yaradır. Baxmayaraq ki, iki aydır Paşinyan delimitasiya və demarkasiyaya müsbət yanaşdığını bildirir”.

Z.Məmmədov Azərbaycanın öz gücünə arxalandığını və atacağı addımların nədən ibarət olduğunu yaxşı bildiyini vurğulayıb:

“Ermənistan hakimiyyətində isə vəziyyət bunun əksidir: nə öz güclərinə arxayındırlar, nə öz siyasətləri var, nə də strategiyaları. Ermənistan daxili və xarici siyasətindəki bu xaosa son verməyincə, belə də davam edəcək. İstənilən erməni, harada yaşamasından asılı olmayaraq, bilməlidir ki, əgər Azərbaycan sərhədləri Ermənistan tərəfindən tanınmayacaqsa, biz eyni addımı Ermənistana qarşı atacağıq. Ermənistan dövləti Azərbaycan torpaqları üzərində qurulub. Təkcə Sovetlər dövründə Ermənistanın ərazisi 20 min kv km genişlənib. Buna görə də Ermənistanın ərazi bütövlüyü və sülh sazişi məsələsində ikibaşlı oyunu onun ziyanına işləyir. Azərbaycan qarşılıqlı iddia ilə çıxış edə bilər və bunun üçün bütün tarixi, siyasi əsasımız, ən başlıcası isə gücümüz var”.

Politoloq sonda qeyd edib ki, Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasını 2025-ci ilə qədər uzatmaq istəyir və geosiyasi vəziyyətin dəyişməsinə ümid edir:

“Ona görə də Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın təklifləri müddətsiz deyil və hər şey Ermənistanın əleyhinə çevrilə bilər”.

Tarix
2022.01.26 / 13:23
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla