Yuxarı

SOS: Dünya narahatdır, Kreml geri addım atmır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOS: Dünya narahatdır, Kreml geri addım atmır

Bu qərar Yaxın Şərqlə bağlı niyyətin ciddiliyindən xəbər verir. Görünür, Rusiya nəinki Suriyaya, lazım olsa, İraqa belə silahlı qüvvələrinin böyük bir hissəsini göndərməyə hazırdır.

Bu sözləri Axar.az-a Rusiya Federasiya Şurasının Rusiya Silahlı Qüvvələrinin xaricdə istifadə edilməsi ilə bağlı qərarını şərh edərkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinin qənaətinə görə, bu addım Rusiyaya baha başa gələ bilər:

"Nyu Yorkda keçirilən görüşlərdə Putinlə Obama Yaxın Şərq və Ukrayna məsələsinə dair ortaq məxrəcə gələ bilmirlər. Hər halda görüşlərin qane edici səviyyədə keçmədiyi məlumdur. Belə olan şəraitdə Rusiya artıq Qərblə rəqabətə çox ciddi surətdə girişir. Bu rəqabət isə hətta hərbi qarşıdurma səviyyəsinə çata bilər. Gələcəkdə Rusiya ilə Qərb, xüsusən də ABŞ arasında lokal xarakterli döyüşlərin baş vermə ehtimalını da istisna etmək olmaz. Sanki hər iki tərəf böyük hazırlıq vəziyyətindədir. Rusiyanın fövqəldövlət kimi dünyada nüfuz dairələri uğrunda mübarizəyə girişməsi Moskvanın strateji maraqlarına uyğun gəlmir. Bu addım Rusiyaya baha başa gələ bilər. Eyni zamanda, ölkə hazırkı iqtisadi durumu ilə iri müharibələrə tab gətirə bilməyəcək. Ən azından Rusiyanın NATO ilə münaqişəsi mümkünsüzdür. Rusiyanın Suriya bataqlığına sürüklənməsi Kremlin ciddi yanlışıdır. Rusiya-Qərb qarşıdurmasının getdikcə gərginləşməsindən hazırda bütün dünya narahatdır. Çünki III Dünya müharibəsi ilə bağlı ehtimallar güclənir".

Tarix
2015.10.01 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla