Yuxarı

Prezidentə "İlin adamı" mükafatı təqdim edildi - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident İlham Əliyevə ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "2013-cü ilin adamı" mükafatı təqdim olunub.

Bu yüksək mükafata layiq görüldüyünə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib ki, öz fəaliyyəti ilə ölkəmizi gələcəkdə də inkişaf etdirməyə çalışacaq. "Sizin verdiyiniz belə yüksək qiymət məni daha da ruhlandırır", - deyən dövlət başçısı "İlin adamı" mükafatını təqdim edən ANS-in ölkədə ilk müstəqil telekanal olduğunu xatırladıb, Azərbaycanda müstəqil jurnalistikanın inkişafında ANS-in xüsusi rolunu qeyd edib.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev bu mükafatın 2001-ci ildən verildiyini ki, bu mükafatın ideya təməlində vətənpərvərlik və millətə göstərilən xidmətlərin dəyərləndirilməsinin dayandığını bildirib (Anspress).

ANS Şirkətlər Qrupunun rəhbəri, Çingiz Mustarfayev Fondunun İdarə Heyətinin üzvü Vahid Mustafayev bildirib ki, Prezident İlham Əliyev bu mükafata ölkə vətəndaşlarının etimadını qazanaraq yenidən prezidenti seçilməsi, Azərbaycanın nüfuzunun BMT Təhlükəsizlik Şurasının sədri kimi dünyada gedən proseslərə təsir göstərəcək həddə çatdırılması, ölkəmizin kosmik dövlətlər cərgəsinə qoşulması, uğurlu iqtisadi inkişaf tempini qoruyub saxlayaraq Şahdəniz-2, TAP və TANAP layihələrinin uğurla həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun artırılması, Avropa Birliyinə üzv ölkələrlə sadələşdirilmiş viza rejiminə keçidə nail olunması, Azərbaycanın regionda yürütdüyü ardıcıl və prinsipial siyasətə görə layiq görülüb.

Bir daha minnətdarlığını bildirən Prezident İlham Əliyev pul mükafatının ənənəvi olaraq Silahlı Qüvvələr Fonduna köçürüləcəyini, ona təqdim olunan saatın isə muzeydə saxlanılacağını vurğulayıb. Deyilən xoş sözlərə görə təşəkkür edən Prezident İlham Əliyev 2013-cü ilin həqiqətən uğurlu olduğunu, ilin əvvəlində ASAN xidmətinin yaradıldığını, bu xidmətin korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizəyə yardım etdiyini deyib. Şahdəniz-2 layihəsinin imzalanması ilə 2013-cü ilə gözəl yekun vurulduğunu deyən dövlət başçısı bu hadisənin ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəyini bildirib. Prezident İlham Əliyev 2013-cü ildə "Azərspace -1" peykinin fəzaya buraxılmasını ilin mühüm hadisələrindən biri adlandırıb. Peykin idarə edilməsinin artıq Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilməsinin önəmini qeyd edib. Ötən ilin yaddaqalan hadisələri sırasında Davos forumunun Azərbaycanda keçirilməsini, ölkəmizin iqtisadi inkişaf templərinə görə Avropa qitəsində 1-ci olduğunu, sosial sahədə ciddi islahatlar aparıldığını, MDB məkanında ən böyük əmsalla sovet əmanətlərinin məhz Azərbaycan vətəndaşlarına verildiyini, təhsil, ordu quruculuğu, sosail sahələrdə çox ciddi islahatların keçirildiyini və bu islahatların artıq öz bəhrəsini verdiyini deyən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə ölkəmizin mövqeyinin ədalətə söykəndiyini bildirib, dünyada Azərbaycana olan dəstəyin artdığını vurğulayıb.

Prezident İlham Əliyev medianın həyatımızdakı vacib rolundan danışıb, Azərbaycanda bütün azadlıqların mövcud olduğunu deyib, bildirib ki, ANS kanalı müstəqil jurnalistikanın inkişafına gələcəkdə də töhvə verəcək. Dövlət başçısı çıxışının sonunda əmin olduğunu bildirdi ki, 2014-cü il də Azərbaycan üçün uğurlu olacaq.

Tarix
2014.01.17 / 15:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla