Yuxarı

“Nə qədər ki gec deyil, Rusiya və ABŞ...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2011-i ildən etibarən başlayan Suriya müharibəsinin iştirakçılarının sayının artması göstərir ki, böhran dünya müharibəsinə çevrilə bilər.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov danışıb. Politoloq Amerika ilə Rusiyanın kompromis tapmasını vacib hesab edir:

"Qarşıdurma meylləri artsa, ümumi vəziyyət nəzarətdən çıxa bilər. Fövqəlgüclər son illər dünya nizamına laqeydlik nümayiş etdirirlər. Bu isə çox təhlükəli amildir. Reallıqda lider ölkələr başqalarına özlərinin tənqiddən kənar olduqlarını göstərməklə digər dövlətlərə mənfi presedent təqdim etmiş olurlar. Nə qədər ki gec deyil, iki koalisiya arasında əlaqələndiricilik yaranmalıdır. İndi bir çoxları günbəgün kəskinləşən vəziyyətin məsuliyyətini Rusiyanın üzərinə atmaq istəyir. Ancaq Amerika başda olmaqla beynəlxalq koalisiyanın 1 ilə yaxındır mövcud olan fəaliyyəti heç bir nəticə verməyib".

Politoloq Moskvanın son addımlarının boş yerə olmadığını bildirib:

"Moskva ilə Dəməşq arasında 1972-ci ildən bəri hərbi-texniki əməkdaşlıq barədə ikitərəfli müqavilə imzalanıb. Yəni Rusiya Sovet dövlətinin varisliyini əldə etdikdən sonra da həmin müqavilə uzadılıb. 2005-ci ildə həmin anlaşmaya əlavələr edilib. Hətta Rusiya hökumətinin Suriyanın 10 milyard dollarlıq borcunu silməsi Moskvanın Aralıq dənizində maraqlarının bəyanı idi. Odur ki, Moskvanın son addımları boş yerdən ortaya çıxmayıb.

Kreml bütün birliyə və digər fövqəlqüvvələrə bildirmək istəyir ki, dünya artıq birqütblü deyil. Deməli, qlobal siyasətdə tarazlıq amilinin bərpası ehtimaldan real amilə çevrilir. Lakin belə vəziyyətdə bütün fiqurantlar öz imkanlarından sui-istifadə etməməlidirlər. Çünki onlar tək özləri qarşısında deyil, həm də birlik qarşısında cavabdehdirlər".

Tarix
2015.10.13 / 08:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla