Yuxarı

Tiflis iqtisadi artımda Bakını niyə üstələyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis iqtisadi artımda Bakını niyə üstələyir?

Azərbaycanda hazırkı rəqəmlər yüksək olduğundan artım tempinin aşağı düşməsi gözləniləndir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Beynəlxalq Valyuta Fondunun 2023-cü ildə Gürcüstan üçün 4%, Ermənistan üçün 3,5%, Azərbaycan üçün 2,5% iqtisadi artım proqnozlaşdırmasını şərh edərkən deyib.

“Azərbaycanda ÜDM həcmi Cənubi Qafqaz respublikalarının ən böyüyüdür. Bu rəqəm Gürcüstanla Ermənistanın birgə ÜDM rəqəmlərindən də yüksəkdir. Mümkün deyil ki, daim yüksək olan ÜDM rəqəmlərinin üzərində həmişə kifayət qədər ciddi templərlə artım müşahidə olunsun.

İkinci səbəb odur ki, Azərbaycanda neft və qaz sektorunun ÜDM-də payı yüksəkdir. Bizdə də neft hasilatı ilbəil azalır. Neft hasilatının obyektiv səbəblərə görə azalması ÜDM rəqəmlərinin artımını da azaldır.

Üçüncü səbəb qeyri-neft sektorunun arzuladığımız sürətlə inkişaf etməməsidir. Baxmayaraq ki, hökumət bununla bağlı müəyyən addımlar atır, amma bu, yetərli deyil. Biznes mühitinin o qədər də açıq və şəffaf olmaması buna təsirini göstərir. Nəticə etibarı ilə Gürcüstana investisiyaların daha çox qoyulduğunu müşahidə edirik. Bunlar da ÜDM artımına təsir göstərən amillərdir”, - ekspert vurğulayıb.

O bildirib ki, Azərbaycanın iqtisadi artım tempini gücləndirmək üçün daha sərt addımlara ehtiyac var:

“Bu addımlar da təbii ki, qeyri-neft sektorunun daha da inkişafı və xarici investorları cəlb etmək üçün əlavə qanunvericilik bazasının təkmilləşdirilməsindən keçir. Əgər qanunvericilikdə vacib dəyişikliklər aparılarsa, Azərbaycan Cənubi Qafqazda iqtisadi artım tempində də lider olacaq”.

Tarix
2022.11.03 / 09:08
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla