Yuxarı

Türkiyə prezident üsul-idarəsinə keçəcək – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə konstitusiya dəyişikliyi üçün 330 səs kifayət edir. AKP əlavə 13 millət vəkilinin də səsini toplamaqla, konstitusiya dəyişikliyini həyata keçirə və referendumla bu işi həll edə biləcək.

Axar.az xəbər verir ki, bu barədə politoloq Fərhad Mehdiyev qardaş ölkədə 1 noyabr parlament seçkisindən sonra AKP-nin atacağı addımlarla bağlı danışarkən qeyd edib. O, Türkiyədə prezident üsul-idarəsi sisteminə nail olmaq üçün hakim partiyanın bu yolda atacağı üç mühüm addımı vurğulayıb:

"Görünən odur ki, əlavə 13 millət vəkilinin (AKP hazırda 317 millət vəkilinə sahibdir) səsini toplamaqla, konstitusiya dəyişikliyini həyata keçirmək mümkün olacaq. Maraqlısı isə AKP-nin bu 13 millət vəkilini necə əldə edəcəyidir. Burada 3 variant mümkündür və bunlardan biri mütləq baş verəcək. Birincisi, Dövlət Baxçalı bu dönəm ərzində çevrəsini yeni bir millətçi başqanın seçilməsi yolu ilə qələbəyə inandırmağa çalışacaq, ancaq bu səylər də heç bir nəticə verməyəcək. Belə olan halda isə təbii ki, özü də seçilməyəcək. Bir sözlə, Baxçalı istefa verməsə, ondan istifadə edəcəklər.

İkincisi, müxtəlif mənfəətlər müqabilində digər partiyalardan müəyyən adlar gətiriləcək.

Üçüncüsü, HDP ilə federal dövlət quruluşu barədə razılığa gələrək ona uyğun konstitusiya hazırlanmaqla referenduma gediləcək. Bu proses 2 ilə tamamlanacaq".

Qeyd edək ki, Türkiyədə keçirilən 1 noyabr parlament seçkisində AKP 49,38 faiz səs toplayaraq təkbaşına iqtidar olub. CHP 25,41, MHP 11,98, HDP 10,47%, digərləri isə 2,77% səs toplayıb.

Tarix
2015.11.05 / 11:19
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla